“Bibimin kəfəni hələ saralmayıb“ - Xalq artistinin qohumları dalaşdı
25-12-2020, 10:13
217

“Bibimin kəfəni hələ saralmayıb“ - Xalq artistinin qohumları dalaşdı

"Samirə Yusifqızının Space TV-nin efirində bibim, Xalq artisti Səfurə İbrahimovanın ünvanına dediyi sözlərdən çox əsəb keçirmişəm. O özünü bibimin dayısı qızı kimi təqdim edir. Amma bu belə deyil. Atamdan soruşuram ki, Samirə Yusifqızı ilə necə qohumsuz? Deyir ki, o kimdir elə? Mənə elə gəlir ki, o bibimin dayısı nəvəsidir. Mən onu heç qohum kimi tanımıram”
Bunu bir neçə gün öncə dünyasını dəyişən Xalq artisti Səfurə İbrahimovanın qardaşı qızı Könül İbrahimova deyib. Xalq artistinin qohumu moderator.az-a açıqlamasında müğənni Samirə Yusifqızını yalan danışmaqda günahlandırıb.
"O deyir ki, bibim Səfurə guya cəmi bir ay evli olub. Bu nə deməkdir? Niyə efirə çıxıb yalan danışır? Bibim həyat yoldaşı Rəcəblə evli olduğu müddətdə illərlə övladı olmadığı üçün müalicə alıb. Sonra deyir ki, Səfurə xanım qonaq istəməyib. Samirə xanım nə vaxt gəldi ki, bibim də onu qovdu? Nə xəstələndi gəldilər, nə də dəfninə.. Amma indi efirdə çıxıb yalandan danışırlar. Samirə bir dəfə gələrdi də.. Eybi yox, qoy bir dəfə gələrdi, bibim onu qovardı.. Gözü hər zaman qapıda qaldı bibimin.  Bibim qapısından heç kimi qovmayıb. Samirə Yusifqızı bibimlə reytinq qazanmasın. Bibimin hələ kəfəni saralmayıb, torpağı soyumayıb. Ayıbdır vallah. Yaxşılığından, sənətindən danışın. Haqqı nahaqqın ayağına verməyin” - deyə Xalq artistinin qardaşı qızı bildirib.
 Qeyd edək ki, Samirə Yusifqızı Space TV-də yayımlanan "Gəl dərdini danış” verilişində Xalq artisti Səfurə İbrahimova haqda açıqlamalar verib.

Oxşar xəbərlər