İbrahimoviçin gələcəyi bəlli oldu
28-08-2020, 15:21
201

İbrahimoviçin gələcəyi bəlli oldu

Zlatan İbrahimoviç "Milan" klubu ilə müqaviləsini yeniləyib.
Bakıtv.az xəbər verir ki, "Milan" isveçli ulduz oyunçu ilə müqaviləsinin müddətini bir illiyinə uzadıb. İbrahimoviçin yeni mövsümdə də 9 nömrəli forma geyinəcəyi təsdiqlənib. 38 yaşlı oyunçunun bir illik müqavilə qarşılığında maaşı 8 milyon avro olacaq. 
Ötən mövsüm "Milan"da 17 matça çıxan təcrübəli hücumçu 10 qol vurub, 5 ötürmə edib. 

Oxşar xəbərlər