“Beşiktaş” klubunun 9 üzvü koronavirusa yoluxub
8-09-2020, 22:44
258

“Beşiktaş” klubunun 9 üzvü koronavirusa yoluxub

Türkiyənin “Beşiktaş” klubunda koronavirus pandemiyasına kütləvi yoluxma faktı aşkarlanıb.
Bakıtv.az-ın məlumatına görə, Super Liqa təmsilçisinin gənclərdən ibarət komandasında 9 nəfərdə virus aşkarlanıb.
Onlardan 6-sı İstanbul klubunun U-19 komandasının futbolçularıdır. Digər 4 nəfər isə köməkçi məşqçi, qapıçı məşqçisi, fizioterapevt və klub işçisidir. Bu səbəbdən gənclərdən ibarət komandanın toplanışı ləğv edilib. Rəhbərlik bu durumun əsas komandaya təsir etməməsinə çalışır.
Qeyd edək ki, Türkiyə Super Liqasında 2020/21 mövsümünə sentyabrın 11-də start veriləcək.

Oxşar xəbərlər