SON DƏQİQƏ

www.bakitv.az

Yeddi idmançımızın medalları əllərindən alındı - SİYAHI

Yeddi idmançımızın medalları əllərindən alındı - SİYAHI
10-09-2020, 15:23 17 dəfə baxılıb

"Antidopinq qayda pozuntusunu törətmiş və barəsində idmandan uzaqlaşdırılma qərarı qüvvəyə minən bütün idmançıların dopinq nəzarətinin keçirildiyi zaman əldə etdiyi nəticələri ləğv edilməli və müvafiq olaraq medallar geri alınmalıdır. Bununla yanaşı, onların əvəzinə həmin nəticəyə avtomatik nail olmuş idmancıların yerləri bərpa edilməli və müvafiq medallar təqdim edilməlidir". 
Bu barədə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) bütün aidiyyəti respublika idman federasiyalarına göndərdiyi rəsmi məktubda bildirilir. 
Qeyd olunur ki, dopinq nəzarətinin əsas məqsədi idmanda ədalət prinsipinin təmin edilməsi, təmiz idmanın və idmançıların hüquqlarının qorunmasıdır:
"Hər hansı bir idmançının qadağan edilmiş maddə və ya üsullardan istifadə etməklə əldə etdiyi nəticələr idmanda ədalət və bərabər imkanlar prinsipinin, habelə yarışlarda iştirak edən digər idmançıların hüquqlarının pozulmasıdır. Bu cür hallarla ciddi mübarizə aparmaqla yanaşı, yarışlarda iştirak edən digər idmançıların hüquqlarının bərpası vacib məsələlərdən biridir. Bu, yarışlarda iştirak edən digər idmançıların karyerası, idman reytinqi və beynəlxalq yarışlarda iştirak imkanları baxımından əhəmiyyətlidir. Bu səbəbdən, qadağan edilmiş maddə və ya üsullardan istifadə edən idmançıların antidopinq qayda pozuntusu törətdikləri yarışlarda əldə edilən nəticələri ləğv edilməli və rotasiya qaydasında sıralama yenidən tərtib olunmalıdır".
Qeyd edək ki, 2019-cu ildə  5 idman növü üzrə 5 yarışda (müxtəlif Azərbaycan çempionatı, Azərbaycan birinciliyi və ölkə kuboku) 7 idmançıdan  toplanmış test nümunələrinin nəticəsi müsbət çıxıb və onların barəsində sanksiya tətbiq olunması ilə bağlı qərar qüvvəyə minib. Həmin idmançıların nəticələrinin ləğv edilməsi (mükafatçılar sırasında olduqları halda medalların geri alınması daxil olmaqla) barədə müvafiq respublika idman federasiyaları məlumatlandırılıb. 
Həmin idman federasiyalarından AMADA-ya bildirilib ki, qaldırılan məsələ ilə bağlı müvafiq tədbirlər görülüb.
Nəticələri ləğv edilən və medalları geri alınan idmançılar siyahısı:
Həsənbəy Həsənzadə (+109 kq) 2019-cu ildə böyüklər arasında ağır atletika üzrə Azərbaycan çempionatı- I yer
Vasif Səfərov (+109 kq) 2019-cu ildə böyüklər arasında ağır atletika üzrə Azərbaycan çempionatı- II yer
Orxan Zeynalov (81 kq) 2019-cu ildə böyüklər arasında ağır atletika üzrə Azərbaycan çempionatı- II yer
Vüqar Şirinov (52 kq) 2019-cu ildə sambo üzrə Azərbaycan kuboku -I yer
Aliyə Müslümova (78 kq)2019-cu ildə keçirilmiş  cüdo üzrə U-21 gənclərin Azərbaycan birinciliyi- II yer 
Jalə Bayramova 2019-cu ildə keçirilmiş  güllə atıcılığı üzrə Azərbaycan  çempionatı -I yer
Kamran Orucov (63 kq) 2019-cu ildə keçirilmiş  boks üzrə Azərbaycan  çempionatı –III yer

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ