Koronavirusa yoluxan məşhur idmançımız ölüm ayağındadır - “Ümid Allaha qalıb“
19-11-2020, 10:24
170

Koronavirusa yoluxan məşhur idmançımız ölüm ayağındadır - “Ümid Allaha qalıb“

"Hər bir veteran futbolçunun problemi olanda maraqlanıram".
Bunu Futbol Veteranları İttifaqının sədri Oktay Abdullayev deyub.
O, koronavirusa yoluxan məşqçi Qəhrəman Əliyevin vəziyyətindən də xəbərdar olduğunu sözlərinə əlavə edib:
"Elə bu gün Qəhrəman müəllimin olduğu xəstəxana ilə əlaqə saxlamışam. Vəziyyəti ilə maraqlandım və soruşdum ki, biz nə köməklik edə bilərik? Necə dəstək ola bilərik?.
Dedilər ki, bizdə buarda hər şey var. Vəziyyəti bir qədər ağırdır. Süni nəfəsalma aparatına qoşulub. Hazırda ağır vəziyyətdədir.
Ümid Allahadır. Əvvəlcə maraqlanmışdım, vəziyyəti ağır deyildi. Sonra halı pisləşib, gətiriblər Bakıda xəstəxanaya. Allah şəfasın versin!".
Abdullayev Sportinfo.az-a açıqlamasında bütün veteranlara səslənərək, hazırkı dönəmdə onların daha çox diqqətli olmalı olduğunu bildirib: "Veteranlarla görüşəndə, danışanda da deyirəm ki, xəstəlik var özünüzü qoruyun.
Maskalardan daha çox istifadən edin. Həm televiziyalarda, həm saytlarda qabaqlayıcı tədbirlər barədə yazılır. Bunlara riayət etmək lazımdır.
Başdansovdu yanaşmaq olmaz. Çoxunun yaşı 60-dan çoxdur. Bu xəstəlik heç kimə baxmır. Yaşlı insanlara daha çox təsir edir".

Oxşar xəbərlər