Türkiyənin “qol kralı” koronavirusa yoluxdu
2-12-2020, 17:36
189

Türkiyənin “qol kralı” koronavirusa yoluxdu

Keçmiş milli futbolçu və bombardir Tanju Çolak İnstaqram hesabında koronavirus testinin müsbət olduğunu açıqlayıb.
Çolak getdiyi xəstəxanada verdiyi test nəticəsinin qızdırma və yorğunluq səbəbindən müsbət olduğunu elan edib.
O, səhhətinin yaxşı olduğunu bildirib.
Xatırladaq Çolak uzun illər "Qalatasaray" və "Fənərbaxça" futbol komandalarının formasını geyinib. O, sarı-qırmızılı forma altında dəfələrlə Türkiyənin "qol kralı" olub.

Oxşar xəbərlər