13:47 - "Vüqar Səfərli danışsa, mətbuatda olan bu şəxslərin başı ağrıyacaq" - ŞOK AÇIQLAMA
13:12 - Xızıda şəhidin plakatı söküldü, başçı isə… - NARAZILIQ!
12:59 - Ermənilər Xankəndini tərk edir - FOTOLAR
12:33 - Hərbi geyimi qanunsuz daşıyanlara qarşı tədbirlər görülür - FOTO/VİDEO
12:24 - “Rayondan gələnlər xəbər verdi ki, Bakıda obyektinizi söküb park salıblar” - GİLEY
12:09 - "Netflix"in ilk Azərbaycan filmi - VİDEO
11:56 - DSX Xüsusi Məktəbinə şagird qəbulu elan etdi
11:17 - İndoneziyada zəlzələ: ölən və yaralananlar var
11:07 - Qarabağdakı rus sülməramlıların vaksinasiyasına başlanıldı
10:15 - İlham Əliyev Şuşaya getdi – Video
22:18 - Vüqar Səfərlini 14 ilədək həbs cəzası gözləyir
21:23 - Baş nazir Vətən müharibəsi ilə bağlı sərəncam imzalayıb
20:07 - 71 yaşlı Şəki sakini pensiyasının artırılmasına nail ola bilmir - GİLEY
19:52 - Yerevanda əsgər valideynləri Paşinyanla görüş tələb edir
Kremllə Ərdoğanın açıqlaması üst-üstə düşmədi - Ankaradan Moskvaya Qarabağ mesajı
"Rusiya və Türkiyə prezidentlərinin bugünkü telefon danışığının fərqli açıqlamaları var. Kremlin açıqlamasında bildirilir ki, Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarını Azərbaycan və Ermənistan liderlərinin yanvarın 11-də Moskvada keçirilmiş üçtərəfli göüşü barədə məlumatlandırıb. Öz növbəsində Ərdoğan Qarabağ nizamlanması ilə bağlı səylərində Putinə dəstəyini ifadə edib, Rusiya və Türkiyənin bu məsələyə dair fəaliyyətində koordinasiyanın davam etməsinin tərəfdarı olduğunu bildirib".
Bunu Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Ərdoğan və Putinin bu gün baş tutan telefon danışığını şərh edərkən bildirib.
"Rəcəb Tayyib Ərdoğan isə özünün “Telegram” kanalında Rusiya prezidenti ilə danışıqların başqa təfərrüatlardan söz açıb. Birincisi, Ərdoğan bildirib ki, Putinlə Qarabağda atəşkəsə nəzarət və hərbi əməliyyatlara dair Rusiya-Türkiyə Monitorinq Mərkəzinin formalaşdırılmasını müzakirə edib. İkincisi, Ərdoğan Putinə deyib ki, Dağlıq Qarabağda sülhməramlı və müşahidə fəaliyyətinə ehtiyac olmadan birlikdə mövcudluğu təmin edəcək şərait yaradılmalıdır: “Belə olduqda inşallah, bir daha dünyaya Türkiyə-Rusiya tərəfdaşlığının konstruktiv nəticələrini göstərəcəyik”, - deyə politoloq əlavə edib.
E.Şahinoğlu Ərdoğan və Çavuşoğlunun bu açıqlamalarının Rusiyaya mesaj olduğunu qeyd edib:
"Dağlıq Qarabağda yaxın gələcəkdə sülhməramlılara ehtiyacın olmayacağını bir müddət əvvəl Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu da ifadə etmişdi. Rəcəb Tayyib Ərdoğan və Mövlüd Çavuşoğlu bu sözləriylə nəyə işarə edirlər?
Bu açıqlamalarıyla həm Ərdoğan, həm də Çavuşoğlu əslində Rusiyanın birtərəfli qaydada Dağlıq Qarabağda hərbi iştirakından rahatsız olduqlarını bildirmək istəyirlər. Digər tərəfdən Ankara bu açıqlama ilə Moskvaya belə bir mesaj da göndərir ki, Rusiya hərbçilərinin Dağlıq Qarabağda varlığı müvəqqəti olmalıdır, 10 noyabr bəyənatına görə 5 ildən sonra bölgəni tərk etməlidirlər. Bu Azərbaycanın da maraqlarına uyğundur. Ona görə oxşar açıqlamalar Bakıdan da səslənməlidir, yəni “bölgədə elə bir əməkdaşlıq atmosferi yaradılmalıdır ki, gələcəkdə Dağlıq Qarabağda sülhməramlılara ehtiyac olmasın”. Bu çox vacib mesaj olmalıdır, əks halda Rusiya Dağlıq Qarabağda əbədi qalacağını zənn edəcək və Azərbaycan ərazisində “sülhməramlılar” adı altında hərbi baza yaradacaq. Bunun qarşısını alacaq açıqlamalar indidən səslənməlidir, Ərdoğanın və Çavuşoğlunun mesajlarında olduğu kimi...".