Ermənilər Şuşada məğlub olan komandiri axtarır
28-02-2021, 10:14
193

Ermənilər Şuşada məğlub olan komandiri axtarır

Ermənilər Şuşada rüsvayçı məğlubiyyətə uğrayan komandirin axtarışına çıxıblar.
Bu barədə Hraparak.am məlumat yayıb. Bildirilir ki, Ermənistan Müdafiə Nazirliyi göndərilən sorğuya - Şuşa istiqamətində məğlub olan hərbi birləşmələrə rəhbərlik edən komandirin adını açıqlamaq üçün bir ay vaxt tələb edib.
"Sorğunuza cavab olaraq bildirmək istərdik ki, sorğuda göstərilən məlumatları təqdim etmək üçün əlavə araşdırmalara ehtiyac var. Buna görə sorğunun cavabı Ermənistan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş şərtlərlə veriləcək", - nazirliyin cavabında deyilir.//Publika.az 

Oxşar xəbərlər