Qarabağdakı rus sülhməramlıları təlimlərə başladı - zirehli maşınlarla...
15-06-2021, 12:05
161

Qarabağdakı rus sülhməramlıları təlimlərə başladı - zirehli maşınlarla...

Qarabağda yerləşən rus sülhməramlıları dünəndən etibarən hərbi təlimlərə başlayıb. Həmin təlimlər sülhməramlı kontingentin hazırlıq səviyyəsini artırmaq, onların blok postlarına hücum olacağı təqdirdə, necə davranacaqları və müqavimətin təşkil edilməsini əhatə edir.

Bildirək ki, bu gün səhər həmin təlimlərdən biri olan blok-postlara hücum olacağı təqdirdə kontingentin hazırlığı üçün şərti hücum təşkil edilib. Bundan başqa, təxribatların qarşısının alınması, müşahidə postlarının təhlükəsizliyinin təmin edilməsi istiqamətlərində də təlimlər keçirilir.

Təlimlərdə şəxsi heyətlə yanaşı, zirehli maşınlar və yüngül atıcı silahlardan da istifadə olunur.

Oxşar xəbərlər