Əfqanıstan ordusunun helikopteri VURULDU
27-07-2021, 12:16
150

Əfqanıstan ordusunun helikopteri VURULDU

“Taliban” radikal hərəkatı Gilmend əyalətində Əfqanıstan Hərbi Hava Qüvvələrinə məxsus helikopteri vurduğunu açıqlayıb.
Xarici KİV xəbər verir ki,  bu barədə hərəkatın nümayəndəsi Zabiulla Mucahid "Twitter"də bildirib. Taliblər hücumlarda çox sayda əfqanın öldüyünü və yaralandığını, silah və sursat ələ keçirdiklərini də iddia edirlər.
Qeyd edək ki, bundan əvvəl Əfqanıstan ordusu “Taliban”a qarşı əməliyyat həyata keçirməsi və 187 silahlının məhv edilməsi barədə məlumat yayıb.

Oxşar xəbərlər