“Siz həmişə bizə xəyanət etmisiniz...” – Erməni qadın Kəlbəcərdə rus jurnalistə hücum etdi + VİDEO
13-11-2020, 16:04
646

“Siz həmişə bizə xəyanət etmisiniz...” – Erməni qadın Kəlbəcərdə rus jurnalistə hücum etdi + VİDEO

Tanınmış rusiyalı jurnalist Aleksey Romanov özünün "Romanov” Yuotube kanalında Kəlbəcəri tərk etmək istəməyən ermənilərlə bağlı reportaj təqdim edib.
 
Sfera.az xəbər verir ki, video-reportajda yaşlı erməni qadın Rusiyanı Ermənistana və ermənilərə xəyanətdə günahlandırıb. Hər iki tərəfə silah verməklə ermənilərin "öz dədə-baba yurdları”ndan qovulmalarına vasitəçilik etdiyini bildirib.
 
Hövsələdən çıxdığı hiss olunan Romanov isə cavabında bunları deyir: ”Azərbaycanlılar da bunun eynisini iddia edir. Amma onlardan fərqli olaraq siz, ermənilər Rusiyanı xəyanətdə suçlayırsınız”.

Buna baxmayaraq yaşlı erməni qadın ittiham nitqini kəsmək istəməyib: "Siz həmişə bizə xəyanət etmisiniz. Hələ 1915-ci ildə də bizi satmısınız. Vaxt gələcək, rus anaları da bizim kimi ağlayacaq, bax onda biləcəksiniz bizim nələr çəkdiyimizi! Müsəlmanlar Rusiyanı zəbt edib, çünki tatar qadınlar ruslardan uşaq dünyaya gətirir”,- deyəndə, Romanov tamamilə hövsələdən çıxaraq: ”Aydındı. Bitdi. Bəsdi. Bağışlayın, amma bu cür nasisit təbliğatını lentə almayacağam” , - deyə reportajını bitirir.

Qeyd edək ki, Xabarovskda yaşayıb işləyən keçmiş telejurnalist Aleksey Romanov Rusiya hökuməti tərəfindən təzyiqlərə məruz qaldığını iddia edərək 2016-cı ildə ailəsi ilə birgə Gürcüstana köçüb.
 
Ermənistanda baş verən "məxməri” inqilabı ən xırda təfərrüatları ilə çəkib yayımlayan yeganə jurnalist kimi populyarlıq qazanan Romanovun Paşinyanla yaxın dost olduğu Rusiya mətbuatında xüsusilə vurğulanırdı. Amma göründüyü kimi, Rusiya hökumətindən incikliyinə və Ermənistanın baş naziri Nikol Paşinyanla səmimi münasibətlərinə baxmayaraq, əslən rus olan jurnalist tarixi vətəninin ünvanına söylənən həqarətlərə reaksiyasız qala bilməyib.
 
Üstəlik, çox guman, 4 il ərzində münaqişə bölgəsi ilə sıx əlaqəsi olan, burada baş verən hadisələri, gedən prosesləri yaxından izləmək imkanı qazanan bir peşəkar kimi artıq az da olsa, erməni xislətini özü üçün kəşf edə bilib.
 

Oxşar xəbərlər