Paşinyanın kitabı zibil qablarını “bəzədi”
2-12-2020, 16:17
168

Paşinyanın kitabı zibil qablarını “bəzədi”

Ermənistanın Baş naziri Nikol Paşinyanın müəllifi olduğu “Dünyanın o biri üzü” adlı kitab Xankəndində zibil qutularının “bəzəyinə” çevrilib. 
Bakıtv.az erməni mediasına istinadən xəbər verir ki, Xankəndindən olan jurnalist Tsovinar Barxudaryan sosial şəbəkələrdə “Stepanakert, bizim günlər” qeydi ilə bir foto paylaşıb. Həmin fotoda Nikol Paşinyanın üzərinə “xain” yazılmış və zibil qutusuna atılmış “Dünyanın o biri üzü” kitabını görmək mümkündür.
“Hüquqi yol” təşkilatının rəhbəri Ruben Məlikyan isə bu fotonu paylaşaraq hər kəsi bunu fleşmoba çevirməyə çağırıb. “Stepanakertdə başlayan bu addımı # məhv ol həştəgi ilə fleşmoba çevirməyi təklif edirəm”, - deyə o bildirib.

Oxşar xəbərlər