Hadisə
13-01-2021, 09:33
177
Azərbaycanda dəhşətli hadisə - Ölən və yaralananlar var
Dünən saat 15:30 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun 56-cı kilometrliyində - Şəki rayonu Daşüz kəndi ərazisindən keçən hissəsində ölümlə nəticələnən ağır yol-qəzası baş verib.
APA xəbər verir ki, hadisə zamanı bir nəfər ölüb, daha iki nəfər xəsarət alıb.
Qax rayonu Şotovar kənd sakini, 1995-ci il təvəllüdlü Rəvan Rəsul oğlu Məcidov idarə etdiyi "Mercedes-bens" markalı 08 BJ 781 dövlət nömrə nişanlı minik avtomobili Yevlax rayonu istiqamətindən Qax rayonu istiqamətində hərəkətdə olarkən avtomobil körpüdən aşıb.
Qəza zamanı sürücü R.Məcidovun qardaşı, 1998-ci il təvəllüdlü Kənan Rəsul oğlu Məcidov aldığı müxtəlif dərəcəli ağır bədən xəsarətlərindən hadisə yerində ölüb.
Sürücü R.Məcidov və avtomobildə olan digər sərnişin Qax rayonu Turaclı kənd sakini 1998-ci il təvəllüdlü Hüseyn Mədət oğlu Hüseynov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.