Dəhşət: Boşanmaq istəyən həyat yoldaşını qəssab bıçağıyla doğradı
5-03-2021, 20:55
194

Dəhşət: Boşanmaq istəyən həyat yoldaşını qəssab bıçağıyla doğradı

Türkiyədə daha bir qadın şiddət qurbanı olub.
Kocaeli bölgəsində Osman adlı şəxs barışma təklifini rədd etdiyinə görə həyat yoldaşı Naciyəyə ət kəsən bıçaqla hücum edib.
O, 48 yaşlı həyat yoldaşına 10 dəfə ağır zərbə endirib.
Ətrafdakıların müraciətindən sonra dərhal hadisə yerinə polis və təcili yardım briqadası gəlib. Yaralı qadın Farabi Təhsil və Araşdırma Xəstəxanasına yerləşdirilib. Bu zaman onun baş və boyun  hissəsində 10 kəsiyin olduğu müəyyənləşib.
Hadisəni araşdıran polis 2 ildir ailəsindən ayrı yaşayan  65 yaşlı Osman T-ni nəzarətə götürüb. Daha sonra məhkəmə qərtarı ilə o həbs edib.

Oxşar xəbərlər