Salyan sakinindən 4 kq narkotik götürülüb
14-08-2020, 20:26
214

Salyan sakinindən 4 kq narkotik götürülüb

Salyan sakinindən narkotik götürülüb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Salyan polis şöbəsinin keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Xələc kənd sakini, 1983-cü il təvəllüdlü Məsum Əlizadə oğlu Əmirova məxsus yardımçı təsərrüfata baxış zamanı oradan 4 kiloqram 20 qram marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər