Azərbaycanda iki uşaq anası faciəvi şəkildə öldü
26-01-2022, 16:08
7 176

Azərbaycanda iki uşaq anası faciəvi şəkildə öldü

Ağsu rayon sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
APA bildirir ki, rayonun Padar kənd sakini, 1993-cü il təvəllüdlü Əhmədzadə Elnaz Əliheydər qızı kustar üsulla quraşdırılan su qızdırıcısının hamam otağına buraxdığı dəm qazından zəhərlənib. Ailə üzvləri hadisədən gec xəbər tutduğu üçün onun həyatını xilas etmək mümkün olmayıb. İki uşaq anası Elnaz Əhmədzadə huşsuz vəziyyətdə Ağsu rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə aparılsa da, orada dünyasını dəyişib.
Faktla bağlı Ağsu Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Oxşar xəbərlər