Astarada evə basqın edən maskalı şəxslər tutuldu
26-09-2020, 14:52
192

Astarada evə basqın edən maskalı şəxslər tutuldu

Astara Rayon Polis Şöbəsinə sentyabrın 17-də saat 3 radələrində Təngərüd kəndində yaşayan S.Abdullayevin evinə girmiş 3 maskalı şəxsin onun atası, oğlu və həyat yoldaşına bıçaqla xəsarətlər yetirməsi barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yenisabah.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Əzizov və Astara rayon sakini, əvvəllər məhkum olunmuş F.Əliyev saxlanılıblar.
Şəxsi axtarış zamanı E.Əzizovdan 1 ədəd bıçaq aşkar edilərək götürülüb.

Oxşar xəbərlər