Düşmən təcavüzü nəticəsində daha 1 məktəbə ziyan dəydi
14-10-2020, 13:00
234

Düşmən təcavüzü nəticəsində daha 1 məktəbə ziyan dəydi

Düşmən təcavüzü nəticəsində daha bir ümumi təhsil müəssisəsi dağıntılara məruz qalıb. 
Təhsil Nazirliyindən Bakitv.az-a verilən məlumata görə, oktyabrın 14-də Ermənistan silahlı qüvvələri tərəfindən Tərtər rayonu və kəndlərinin ağır artilleriyadan atəşə tutulması nəticəsində Düyərli kənd ümumi orta məktəbinə ziyan dəyib. Məktəbin həyətinə top mərmisinin düşməsi nəticəsində təhsil müəssisəsinin tədris korpusu yararsız hala düşüb.
Qeyd edək ki, bu günədək 40-a yaxın ümumi təhsil müəssisəsinə düşmən təcavüzü nəticəsində zərər dəyib.

Oxşar xəbərlər