“Kontakt Home” müştərilərə güzəşt etmir:Vəba günlərində kindarlıq
1-07-2020, 22:32
409

“Kontakt Home” müştərilərə güzəşt etmir:Vəba günlərində kindarlıq

Gundelik-baku.com xəbər verir ki,aprelin əvvəlində “Kontakt Home”da müştərilərinə güzəşt tətbiq edən mağazalar şəbəkəsinin sırasına qoşuldu.
“Kontakt Home” virus təhlükəsinin geniş hal aldığı bir vaxtda güzəşt proqramını hər kəs üçün açıq etdi. Bildirdi ki, aprel ödənişləri üzrə gecikmə hesablanmayacaq.
KİV-lərdə “Kontakt Home” “Müştəri güzəşt proqramı” çərçivəsində karantin rejimi ilə əlaqədar iş yerlərini itirmiş, ödəniş qabiliyyəti məhdudlaşmış minlərlə müştərinin mart ayı üzrə ödənişlərinə güzəşt tətbiq edərək 1 aylıq ertələndiyi haqda yazılar getdi.
Bakı, Xırdalan, Sumqayıt, Gəncə, Masallı və Qəbələ daxil olmaqla toplamda 25 mağazası fəaliyyət göstərən “Kontakt Home” bununla prezidentə dəstək nümayiş etdirdiyini bildirirdi.
Lakin karantin uzandıqca prezidentə dəstək ikinci plana keçdi.
Artıq “Kontakt Home” isə ziyan haqda fikirləşmək belə istəmir, krediti gecikdirənlərə güzəşt etmək fikrində deyil. 
Müştərilərə zəng edilir, ödəmələri dərhal etmələri tələb olunur.
Sual olunur- ciddi karantin rejimində evdə qalan vətəndaşlar ödənişi nə ilə etməlidir.
Pandemiya vətəndaşları yırtıcı şirkətlərin girovuna çevrilib. Çıxış yolu nədədir.

Oxşar xəbərlər