SON DƏQİQƏ

www.bakitv.az

71 yaşlı Şəki sakini pensiyasının artırılmasına nail ola bilmir - GİLEY

71 yaşlı Şəki sakini pensiyasının artırılmasına nail ola bilmir - GİLEY
14-01-2021, 20:07 41 dəfə baxılıb

Şəki şəhər, N.Nərimanov küçəsi 117 ünvanında yaşayan 71 yaşlı Vaqif Məmmədov “Gözətçi”yə göndərdiyi şikayətində bildirir ki, təhsil aldığı illərin əmək stajına əlavə olunaraq əmək pensiyasında müvafiq artımın olması üçün sənədlərini (əmək kitabçası, ali təhsil diplomu və s.) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) rayon şöbəsinə göndərib.

DİA.AZ-ın məlumatına görə, Vaqif Məmmədov deyir: “Keçən il sentyabrın 10-da sənədlərimi göndərdim. Bir müddət keçdi, ancaq mənə nə rəsmi, nə də şifahi cavab gəlmədi. Məlumat almaq üçün dəfələrlə cəhd etsəm də, hər dəfə şöbənin əməkdaşları “sənədləri göndərmişik, biz bilmirik” cavabı verdilər. Noyabrın 20 – də isə Nazirliyin 142 – “Çağrı mərkəzi”nə zəng etdim. Oradan da “baxılıb cavab göndəriləcək, siz rayon şöbəsi ilə əlaqə saxlayın” dedilər.”

Vaqif Məmmədov noyabrın 30 – da nazirliyin poçtuna teleqram da göndərib: “İki ay keçib, bu sorğuma da cavab gəlməyib. Baş Prokurorluğun Çağrı Mərkəzindən (961) isə Nazirliyə müraciət etməyimi tövsiyyə etdilər.”

Dörd aydan artıqdır müraciətinə cavab tapa bilməyən Vaqif Məmmədov Nazirlikdən rəsmi cavab göndərilməsini tələb edir.

Qeyd edək ki, Vətəndaşların müraciətləri haqqında Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılmalıdır.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ