SON DƏQİQƏ

www.bakitv.az

Müzamil Abdullayev Ulu Öndəri minnətdarlıq hissi ilə xatırlayır- Sabiq nazir dövlətə, dövlətçiliyə bağlı şəxsiyyətdir

Müzamil Abdullayev Ulu Öndəri minnətdarlıq hissi ilə xatırlayır- Sabiq nazir dövlətə, dövlətçiliyə bağlı şəxsiyyətdir
12-03-2021, 13:33 57 dəfə baxılıb

Sabiq Kənd Təsərrüfatı naziri  Müzamil Abdullayev Azərbaycan Respublikası Göygöl  Rayon Məhkəməsinə müraciət edərək məhkumluğunun ödənildiyinə görə, məhkumluqla bağlı olan bütün hüquqi nəticələrin ləğv olunmasını xahiş etmişdir. 
Məhkəmə sədri cavab olaraq bildirir ki, azadlıqdan məhkum etmə cəzasına məhkum edilmiş bir sıra şəxslərin əfv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 10 iyul 1999-cu il tarixli fərmanından görünür ki, Siz cəzanızın çəkilməmiş hissəsindən  azad olunaraq 1999-cu ildən əfv olunmuşsunuz. 
Ona görə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.5-ci maddəsinə əsasən sizin məhkumluğunuz 10 iyul 2007-ci il tarixdən ödənilmiş  hesab olunur və həmin məcəllənin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələrin ləğv edildiyi diqqətinizə çatdırılır. 
Sabiq nazir  Müzamil Abdullayev  həbs həyatı yaşamasına baxmayaraq dövlətə, dövlətçiliyə bağlı şəxsiyyətdir və cənab Prezidentimiz İlham Əliyevin siyasi kursunu dəstəkləyir. 
Müzamil Abdullayev Ulu Öndər Heydər Əliyevi həmişə minnətdarlıq  hissi ilə xatırlayır. 
Məlumat üçün qeyd edək ki, Muzamil Abdullayev 1941-ci ildə AzSSR-in Daşkəsən rayonunun Qazaxyolçular kəndində anadan olub.
1961-1966 illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir. Krasnodar Politexnik İnstitutunda bir şərabçı-texnoloq kimi əlavə təhsil almışdır.
1967-1969-cu illərdə Kişinyov Kənd Təsərrüfatı İnstitutunun aspiranturasında oxumuş, dissertasiyasını müdafiə etmiş və kənd təsərrüfatı elmləri namizədi alimlik dərəcəsi almışdır.
1970-1975-cu illərdə Kirovabaddakı Nizami şərab zavodunun baş mühəndisi idi. 1972-1973-cü illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin təlimatçısı vəzifəsində çalışıb.
1975-1988-ci illərdə Xanlar aqrar-sənaye şərab istehsalı zavodunun baş direktoru olmuşdur.
1988-1991-ci illərdə AzSSR Nazirlər Soveti sədrinin birinci müavini və AzSSR Dövlət Aqrosənaye Komitəsinin sədri vəzifəsində çalışmışdır.
1993-cü ilin iyulundan 1994-cü ilin oktyabrınadək kənd təsərrüfatı naziri vəzifəsində çalışıb.
Abdullaev Müzamil İmran oğlu kənd təsərrüfatı elmləri doktorudur, Ümumittifaq Elmi Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutunda "Magarach"  da müdafiə edərək elmlər doktoru adı almışdır. "Azərbaycanın Respublikasının əməkdar aqronomu" adına sahibdir. Azərbaycanın Göy-Göl rayonunda yerləşən Göy-Göl şərab 2 fabrikinin təsisçisidir

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ