Ziya Məmmədovun Rəsul Quliyevlə “dəmir yolu” biznesi- Ramiz Mehdiyev onu həbsdən necə xilas etdi ?
22-04-2021, 18:42
254

Ziya Məmmədovun Rəsul Quliyevlə “dəmir yolu” biznesi- Ramiz Mehdiyev onu həbsdən necə xilas etdi ?

Sabiq nəqliyyat naziri Ziya Məmmədov bu gün Quran oxuyur, namaz qılır, oruc tutur, imandan-dindən danışır. 
Ziya müəllim  deyir ki, rayonda heyvandarlıq fermam var, insanlar orada çalışır, evlərinə çörək qazanırlar və s.
Bu adam unudur ki, o, bu gün Azərbaycanda ən varlı, yüz milyonlara sahib olan 5-10 nəfərdən biridir. 
İndi halallıqdan, zəhmətdən danışan Ziya Məmmədov görəsən bu milyonları zəhmətlə qazanıbmı ? 
Dəmiryolda adi teplovoz sürən Ziya Məmmədov necə milyonçu oldu ? 
Deməli, Ziya Məmmədovun dostlarının  dediyinə görə 1996-cı ildə  onun Dəmir Yolunun rəisi təyin olunmağında bir başa  Milli Məclisin ozamankı  sədri Rəsul Quliyev rol oynayıb. 
Və rəis təyin olunan Ziya Məmmədovla  Rəsul Quliyev dəmir yolu relslərinin silinməsi və metallom kimi xaricə satılması barədə razılaşıblar. Az vaxtda  yüz tonlarla  dəmir yolu relsləri “silinib” və yeniləri ilə əvəz olunub. Təsəvvür edirsiniz, yüksək keyfiyyətli dəmir yolu relslərini satırlar və dövlətin hesabına yeniləri ilə əvəz edilər. Və ortada milyonlar qazanırlar. Həmin dövrdə  metal biznesinin çiçəkləndiyini gözünüzün önünə gətirin. 
Və biznesin çiçəkləndiyi vaxtda  Rəsul Quliyev Ziya Məmmədovu yanına çağırıb haqq-hesab edir. Heç nədən şübhələnməyən Ziya Məmmədov Rəsul Quliyevin dediklərini edir.  
Amma bir neçə gündən sonra Rəsul Quliyev spikerlikdən uzaqlaşır  və Amerikaya müalicəyə gedir. 
Dayağını itirən Ziya Məmədov bir neçə gün şok yaşayır. Və bir gün qapısı döyülür. Gələnlər Naxçıvan prokurorluğunun nümayəndələridir və əllərində sanksiya var. Əli hər yerdən üzülən Ziya Məmmədov ozaman deputat olan, hazırda Londonda yaşayan Rza İbadovla görüşür  və haqq-hesabını verir. Ancaq yenə də Naxçıvan prokurorluğu Naxçıvan dəmir yoluna dəyən ziyana görə, geri çəkilmir. 
Əli hər yerdən üzülən Ziya Məmmədov Prezident Aparatının ozamankı rəhbəri Ramiz Mehdiyevlə görüşməyə çalışsa da bu baş tutmur. Günlərlə Ramiz Mehdiyevin bağının qarşısında gözləsə də Ramiz Mehdiyev onu qəbul etmir. Nəhayət Ramiz Mehdiyev onu qəbul edir.  Ziya Məmmədov başına gələnləri, Rəsul Quliyevlə biznesini, Rza İbadovun ona atmasını Ramiz müəllimə danışır. Və Ziya Məmmədov həbsdən xilas olur. 
Bu tarixçəni nə üçün yada saldıq ? 
Bu gün də Ziya Məmmədov eyni durumdadır. Və onun hamisi Ramiz Mehdiyev artıq yoxdur. 
Amma ortada cənab Prezidentin siyasi iradəsi var. Prezident buyurur ki, kimliyindən asılı olmayaraq hamı qanun qarşısında cavab verməlidir. Necə ki, Beynəlxalq Bankın prezidenti Canahgir Hacıyev, sabiq baş prokuror Eldar Həsənov, keşmiş MTN generalları, sabiq nazir Səlim Müslümov və bir “paçka” icra başçısı  cavab verirlər. 
Ziya Məmmədovun onlardan nəyi artıqdır ? 
Ziya Məmmədov guya allah qoymasa, Nəqliyyatın İntellektual İdarəedilməsi adı altında milyonları mənimsəyib. 
Ziya Məmmədov Azərbaycan yollarını qızıl qiymətinə inşa etdirib  100 milyonlar qazanıb. Amma üstündən heç 1-2 il keçməmiş yollar sıradan çıxıb. 
Yadınıza  Quba beton yolunu, Sumqayıt yolunu və digər yollarımızı salın. Dövlət məcbur olub yenidən milyonlarla vəsait ayırıb. 
Bəlkə, Rusiyadan alınan köhnə vaqonları “kraskalayıb”  təzə adı ilə milyonlar qazanmağından danışaq. 
Ziya Məmmədovun dövlətə  vurduğu ziyan məgər adi icra başçılarının vurduğu ziyandan azdır ?
Əksinə qat-qat çoxdur. 
Bəs onda nə üçün  icra başçıları həbsxanada, Ziya Məmmədov isə  kefində olmalıdır ? 
Axı, qanun hamıya aiddir. 
Hazırlaş, Ziya Məmmədov, 1996-cı ildə dalınca gələnlər, gəlib səndən haqq-hesab tələb edəcək.
Qarabağda qələbəmizdən sonra Naxçıvana  dəmir yolu çəkilməlidir. Bu yolları sən dağıtmısan, cənab Ziya Məmmədov. 
1996-cı ildə canını qurtara bildin. İndi cavab ver...

Oxşar xəbərlər