Nəsimi məhkəməsinin sədri İlham Cəfərov 30 il harada olub ?- İlham Cəfərovun başı dərddə...
1-09-2021, 17:02
645

Nəsimi məhkəməsinin sədri İlham Cəfərov 30 il harada olub ?- İlham Cəfərovun başı dərddə...

İlham Cəfərovun 70 min manat rüşvətlə həbs olunan kürəkəni məhkəməyə niyə qandalsız gəlir ? 

Məhkəmə sədrinin oğlu Niyaməddin harada çalışır ? 



Yazının başlığını əbəs yerə seçmədik. 
Gəlin, Nəsimi rayon məhkəməsinin sədri İlham Cəfərovun tərcümeyi-halına nəzər  salaq: 
1966-cı ildə Naxçıvanda doğulub. 
2000-ci ildə, yəni  34 yaşında  Naxçıvan Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Deməli, bu adam 30  yaşında NDU-ya daxil olub. 
Yaxşı, orta məktəbi  bitirən İlham Cəfərov düz 13  il harada olub ? 
Adam nə qədər savadsız ola ki, 30 yaşında ilk dəfə tələbə ola. 
Hələ bu harasıdır ?
Bu adam 1993-cü ildə Naxçıvan MR Hərbi Məhkəməsində məsləhətçi  işləyib. 
2000-ci ildə Allah qoymasa, NDU-nu bitirən İlham Cəfərov axı  1993-cü ildə  heç 1-ci kursda da oxumurdu. Belə olan halda bu adam Hərbi Məhkəmədə necə məsləhətçi işləyə bilərdi ?
Bu savadsız adam kimə məsləhət verə bilərdi ? 
Hələ  bu da harasıdır ? 
30 yaşında  ali məktəbə hansısa yollasa  daxil olan İlham Cəfərov bir neçə il sonra  Naxçıvan Ali Məhkəməsinin sədr müavini olub. 
Təsəvvür edirsiniz, bu nə deməkdir ? 
Neçə-neçə savadlı, istedadlı oğlanların yolunu kəsərək kresloya oturan İlham Cəfərov daha böyük vəzifələrə keçmək həvəsinə də düşüb. 
Və düz 11 il, yəni 2008 - 2017-ci illərdə Ali Məhkəmənin hakimi olub. 2017- ci ildən isə  Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin sədridir. 
Belə savadsız  adamın belə sürətlə karyera qazanması vallah Ginnesin  rekordlar  kitabına düşəsidir. 
Yeri gəlmişkən, İlham Cəfərov  “metro Tağı”  kimi tanınan  Tağı Əhmədovun xalası oğludur. 
İndi isə İlham Cəfərovun başına gələn sonuncu “qəza” ilə bağlı bir neçə kəlmə. 
Deməli, bir müddət əvvəl İlham Cəfərovun kürəkəni, yəni qızının həyat yoldaşı Orxan Zöhrabov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi  tərəfindən 70 min manat rüşvət alarkən həbs edilib. Və hazırda Kürdəxanıda həbsxana həyatı yaşayır. 
Söhbət Dövlət Gömrük Komitəsinin şöbə müdiri Orxan Zöhrabovdan gedir. 
Təsəvvür edirsinizmi, Orxan Zöhrabov məhkəməyə qandalsız  ( əl-qolu açıq, qolunda saat ) gətirilir. 
Görəsən, İlham Cəfərovun kürəkəni üçün hansı “xidmətləri”nə görə, belə müstəsna şərait yaradılıb ? 
Bəlkə, bunlar üçün ayrıca konstitusiya, ayrıca qanunlar, başqa  cinayət məcəlləsi-zadı var ?  
Başqalarına haqlıq-haqsız  hökm oxuyan  İlham Cəfərov öz kürəkəni üçün bəlkə başqa  həbsxana qaydaları yazıb ? 
Adi qoyun oğrusunu  qandalla məhkəməyə gətirirlərsə, 70 min manat rüşvət alan məmuru nə üçün əl-qolunu yelləyə-yelləyə  gətirməlidirlər ? 
Kürəkəninə  belə şərait yaradan məhkəmə sədri İlham Cəfərovu vəzifədə saxlamağa dəyərmi ?
Ümumiyyətlə, İlham Cəfərov kimilərinə insan talehini etibar etmək olarmı ? 
Məhkəmə sədri  evinin içində olanı  tərbiyə edə bilmirsə, o hansı haqla  başqalarını  islah edəcək ? 
Hələ bu da harasıdır ? 
İlham Cəfərovun özündən də “istedadlı” oğlu Niyaməddin Cəfərovdan danışaq. 
Atası kimi “çox savadlı”  olan Niyaməddin hansısa xarici ölkədə guya ali məktəbdə oxuyurmuş. Və kiminsə əli ilə Niyaməddini  BDU-nun hüquq fakültəsinə “perevod” edirlər.   
Və hazırda  Niyaməddin atasının hesabına  mühüm vəzifədə çalışır. 
Ümumiyyətlə, bu ata-balanı kimlər və niyə müdafiə edir ? 
Bax, əsas məsələ budur. Ancaq bu mövzunu növbəti yazıya saxlayırıq və ZEKOOO  deyirik. 
Bizi izləyin. /Gundelik-baku.com/

Oxşar xəbərlər