Bulat Ağabəyov onu intim videolarla şantaj edənlərə 100 minlər verib- Bu pullar səndə haradandır, cənab Kollektor idarəsinin rəisi ?
8-09-2021, 11:03
21

Bulat Ağabəyov onu intim videolarla şantaj edənlərə 100 minlər verib- Bu pullar səndə haradandır, cənab Kollektor idarəsinin rəisi ?

Baş Mil-Muğan Kollektorlarının İstismarı İdarəsinin rəisi harada “dəyişəyi”ni səhv salıb ? 


“Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Kollektorların İstismar üzrə  5 idarəsi var:
Baş Mil-Muğan,
Baş Şirvan, 
Mərkəzi Muğan, 
Mil-Qarabağ və 
Aşağı Şirvan Kollektorlarının İstismarı İdarəsi.
Bu günkü yazının mövzusu Baş Mil-Muğan Kollektorlarının İstismarı İdarəsidir. 
İdarə Salyan rayonunun Bəydili kəndində yerləşir. 
İdarənin rəisi Bulat Səməd oğlu Ağabəyovdur. 
Onu qeyd edək ki, Bulat Ağabəyov  ASC-nin ən qalmaqallı kadrlarından biri, bəlkə də birincisidir. 
Bu adamın adı ən kriminal, cinayət xarakterli əməllərdə hallanır. 
Bu məsələyə keçməzdən öncə İdarədə baş verən qanunsuzluqlara, maxinasiyalara və korrupsiya hallarına nəzər salaq. 
Birincisi, Bulat Ağabəyov idarənin keçirdiyi saxta tenderlərin  hamısını öz yaxınları vasitəsilə realizə edir və milyonlar qazanır. 
Bu idarənin əsas işlərindən biri də su hövzələrini lil sularından təmizləməkdir. Əgər idarə normal işləsəydi, Kür çayı sahil kəndlərini, ətraf əraziləri basmazdı. 
Ən əsası  Bulat Ağabəyov dövlət büdcəsindən ayrılan vəsaiti öz sərvəti kimi sağa-sola xərcləyir. 
İdarə iş zamanı müxtəlif ağır texnikalardan muzdla istifadə edir. Təkcə  bu texnikaların hesabına Bulat Ağabəyov hər  ay yüz minlər qazanır. 
Bu gün imkanlı şəxslər balıq gölləri yaradırlar. Bu göllərin yaradılmasında əsas işi Bulat Ağabəyovun idarəsi görür. Bu da Bulat Ağabəyov üçün yüksək gəlir mənbəyidir. 
Bundan başqa Bulad Ağabəyovun idarəsi ağır texnika üçün yüz minlərlə pulu ehtiyyat hissələrinin alınması  adı ilə mənimsəyir. 
Təkcə bir fakt idarə rəsinin necə oliqarx olmasını göstərir. 
Təsəvvür edirsiniz, Bulat Ağabəyovun idarəsi Salyan şəhərinin abadlığına xərclənən dövlət vəsaitindən 2 dəfə çox dövlət pulunu idarədə təmir işlərinə xərcləyib. 
Əgər yoxlama aparılsa, Bulat Ağabəyovu  “ağzıbirin”  sakini olmaq gözləyir. 
İndi isə keçək  Bulat Ağabəyovun qalmaqallı qaranlıq əməllərinə. 
Deməli, Bulat Ağabəyovun adı neçə illərdir ki, şantaj əməllərində hallanır. Hətta bununla bağlı məhkəmə prosesi də olub. 
Belə ki, müəyyən şəxslər  Bulat Ağabəyovu intim videolarla şantaj edərək, ondan külli miqdarda pul alıblar. 
Təsəvvür edirsiniz, Bulat Ağabəyov onu şantaj edənlərə, bir dəfə 18 min manat, sonra isə 30 min manat pul verib. Və hər dəfə şantaj olunanda Bulat Ağabəyov “summa”nı artırıb. 
Əlbəttə, kimi haqlı, kimin haqsız olduğunu istintaq və məhkəmə  müəyyənləşdirə bilər. 
Amma, Bulat Ağabəyovdan soruşan lazımdır ki, sən dövlət vəsaiti ilə konkret maaş alırsan. Bu yüz minlər səndə haradandır ki, sənin şantaj edən kişilərə, hətta qadınlara pul paylayırsan. 
Bunun mənbəyini göstər də. 
İkincisi, əgər sən düz əməlin sahibisənsə,  səni kim şantaj edə bilər ?
Deməli, sənin çirkin, rüsvayçı əməllərin var ki, qorxursan və dövlətdən oğurladığın milyonların  bir hissəsini şantajçılara verirsən. 
Axı, sənin adın idarəndə çalışan xanım əməkdaşlarla neçənci dəfədir ki, rüsvayçılıqla hallanır. 
Cənab Bulat Ağabəyov, təkcə bir şantaja görə, bir nəfərə hər ay 7 min manat, birdəfəlik isə  110 min manat vermisən. Sənin aylıq qazancın nə qədərdir ki, kiməsə 7 min manat “aylıq” verirsən ? 
Biz səni şantaj edənlərə bəraət qazandırmırıq ee. Amma sən də dövlətdən oğurladığın pullara görə, cavab verməlisən. 
Bulat Ağabəyov, deyirsən ki, jurnalistlər ağzına gələni yazır. 
Ağız söhbəti sənin ən zəif yerindir, Rəis. 
Səni şantaj edənlər  saunadan bəhs edir, boğulmaq söhbətini ortaya atırlar. Bunlar yalandır..? 
Neçə illərdir sularımızı içdikcə içirsən. Bu zəhrimar sənin üçün SU deyil e, başqa şeydir, adamın huşunu başından alır. Və bir də ayılırsan ki, evdəsən və dəyişəyini səhv geyinmisən.
Bunlar da yalandır, Ağabəyov ? 
Bu rüsvayçı hərəkətləri jurnalistlər edib, yoxsa sən ? 
Ortada FAKT olmasa, adamı necə şantaj etmək olar, ay Bulat müəllim ? /Gundelik-baku.com/

Oxşar xəbərlər