Elman Rüstəmov gedir... - Elman Rüstəmovun “Səba Broyler”i, “Bank Respublika”sı, “Planet”i…
24-01-2022, 14:28
7 757

Elman Rüstəmov gedir... - Elman Rüstəmovun “Səba Broyler”i, “Bank Respublika”sı, “Planet”i…

Baş bankirin bibisi oğlu və şəriki Talıb milyonları mənimsəyir…


Ölkədə son bir neçə ildə xeyli sayda bank bağlanıb. 
Məsələn, bir vaxtlar Heydər Babayevin bankı kimi tanınan “Standart Bank”, Ziya Məmmədovun bankı kimi tanınan “Bank of Azərbaycan”,  Fazil Məmmədovun bankı kimi tanınan “AtaBank”, “Dəmirbank” və digər banklar. 
Hələ digər bankların da bağlanacağı gözlənilir. 
Çünki  Elman  Rüstəmovun “xidmətləri”  sayəsində ölkəmizdə  sağlam bank  sistemi yoxdur. 
Heç kimə sirr deyil ki, bizdəki özəl bankların çoxu məmurlara məxsusdur. Və bu bankların “hamisi” Elman Rüstəmovdur. 
Bu gün bankların əhalidən aldığı  ən yüksək  faizlər, bahalı istehlak kreditləri sağlam bank  sistemində ola bilməz. 
Çox təəssüf ki,  Elman Rüstəmovun rəhbər olduğu  30  ildə  Azərbaycanda sağlam və rəqabətli bank sistemi, müasir bank idarəçiliyi yaranmadı.
Amma əvəzində  Elman Rüstəmov  100 milyonlara  sahib oldu.  
Təsəvvür edirsiniz, Elman Rüstəmovun özünün şəxsi bankı var. 
Bəli, “Bank Respublika”nın  Elman Rüstəmova məxsus olması barədə yazılsa da baş bankir bunu təkzib etməyib. 
Elman Rüstəmov təkcə  bankçılıqla deyil, hətta toyuq məsələsinə də baxır. 
Məsələn, “Səba Broyler”in  Elman Rüstəmova məxsus olması barədə nə qədər deyilsə də baş bankirdən  səs-səmir çıxmır. 
Bəli, Elman Rüstəmov dövlətdən oğurladığı 100 milyonların hesabına  Londonda, Kiprdə mülklərə, villalara, şirkətlərə sahib olub. 
Elman Rüstəmovun qızının milyonluq avtomobil kolleksiyasından az qala dünya mediası bəhs edir. 
Bütün bunlar azmış kimi, “Planet”  şadlıq evi də Elman Rüstəmova məxsusdur. 
Söhbət  Mərkəzi Bankın sədri  Elman Rüstəmova məxsus olduğu deyilən və qarşı tərəfin təkzib etmədiyi  "Karvan-K” İstehsalat Kommersiya Şirkətindən gedir. “Planet” şadlıq evi də şirkətin balansındadır. 
Ümumiyyətlə, Elman Rüstəmovun ölkədəki biznesini bibisi oğlu  Talıb Quliyev idarə edir. 
Talıb Quliyev təkcə “Planet” şadlıq evini idarə etmir, həm də Nizami rayonunda  göydələn binalar tikir. 
Talıb Quliyevin Nizami rayonunda yaşıllıqları məhv etməsindən, hətta ekologiya nazirliyinin əməkdaşlarını təhqir etməsindən kifayət qədər yazıldığı üçün təkrar etmirik. 
Ən son xəbərlərdən biri odur ki, bir neçə ay əvvəl  Talıb Quliyev Sabunçunun icra başçısı ilə razılaşaraq  Ramanı qəsəbəsində 10 hektar torpaq sahəsini  hasara alıb, hətta özünə villa da tikdirib. 
Talıb da qohumu Elman kimi  bahalı avtomobil kolleksiyasına sahibdir. Onun da övladları  Almaniyada oxuyur, həyat yoldaşı da orada yaşayır.
Talıb isə Bakıda  eyş-işrət məclislərində  bir gündə 15-20 min dollar xərcləyir. 
Amma ən biabırçı hal odur ki, Elman Rüstəmov səlahiyyətlərindən istifadə edərək, dövlət qurumlarına təzyiq edir, tenderlərin ona məxsus şirkətlər tərəfindən udulmasına şərait yaradır. 
Məsələn,  Elman Rüstəmovun şəriki və  bibisi oğlu  Talıb Quliyev tərəfindən idarə olunan  “Karvan-K”  firması “Azərsu” ASC-dən milyonlarla dəyəri olan layihələri tenderdə udub. Amma...
Əmması odur ki, Talıb Quliyev  külli miqdarda dövlət vəsaitini mənimsəyərək “Azərsu”nu pis vəziyyətdə qoyub. 
Belə ki, Talıb Quliyevin  Biləsuvarda, Lənkəranda, Ağcabədidə çəkdiyi kanalizasiya xətlərinin heç biri normal fəaliyyət göstərmir. Çünki bütün boruların dərinlikdə olan ötürücüləri quraşdırılmayıb, dəyəri milyonlarla olan  avadanlıqlar  hesabdan “silinib”. Bütün kanalizasiya xətləri bərbad durumdadır. Və “Azərsu” rayon sakinləri qarşısında  biabırçı vəziyyətdə qalıb. 
Və  “Azərsu”   Talıbla, yəni “Karvan-K”  şirkəti ilə müqaviləni pozub. 
Beləcə, Elman Rüstəmov  hirslənərək   “Azərsu”ya qarşı məhkəmə iddiası qaldırıb. 
Bəli, Karvan-K” İstehsalat Kommersiya Firması  "Azərsu” Açıq Səhmdar Cəmiyyətini (ASC) məhkəməyə verərək  dəyən ziyanın ödənilməsini  tələb edir. 
İddia hazırda  Bakı Kommersiya Məhkəməsinin icraatındadır. 
İndi gördünüzmü, Elman Rüstəmov təkcə bank sistemini deyil, digər dövlət qurumlarını da çıxılmaz vəziyyətə salıb. 
Son məlumatlara görə, artıq yuxarılarda Elman Rüstəmovun dövlətə deyil, öz qohum-əqrəbəsinə xidmət etdiyi açıq-aydın görünür. Elman Rüstəmov qohumlarına həmişə deyir ki, kimə nə lazımdırsa gəlsin aparsın, amma mənim adımı hallandırmayın.
Ehtimala görə, yaxın zamanda Elman Rüstəmov vəzifəsilə vidalaşacaq. Və onu dövlətə, dövlətçiliyə çox sadiq və adı bizə bəlli olan şəxs əvəz edəcək. /Gundelik-baku.com/

Oxşar xəbərlər