13:47 - "Vüqar Səfərli danışsa, mətbuatda olan bu şəxslərin başı ağrıyacaq" - ŞOK AÇIQLAMA
13:12 - Xızıda şəhidin plakatı söküldü, başçı isə… - NARAZILIQ!
12:59 - Ermənilər Xankəndini tərk edir - FOTOLAR
12:33 - Hərbi geyimi qanunsuz daşıyanlara qarşı tədbirlər görülür - FOTO/VİDEO
12:24 - “Rayondan gələnlər xəbər verdi ki, Bakıda obyektinizi söküb park salıblar” - GİLEY
12:09 - "Netflix"in ilk Azərbaycan filmi - VİDEO
11:56 - DSX Xüsusi Məktəbinə şagird qəbulu elan etdi
11:17 - İndoneziyada zəlzələ: ölən və yaralananlar var
11:07 - Qarabağdakı rus sülməramlıların vaksinasiyasına başlanıldı
10:15 - İlham Əliyev Şuşaya getdi – Video
22:18 - Vüqar Səfərlini 14 ilədək həbs cəzası gözləyir
21:23 - Baş nazir Vətən müharibəsi ilə bağlı sərəncam imzalayıb
20:07 - 71 yaşlı Şəki sakini pensiyasının artırılmasına nail ola bilmir - GİLEY
19:52 - Yerevanda əsgər valideynləri Paşinyanla görüş tələb edir
Sahil Babayevin idarəsindən yeni şikayətlər... SERİYASI...
Dünən dia.az olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə bağlı günü-gündən artan şikayətlər və konkret faktların əks olunduğu materialı təqdim etmişdik: http://www.dia.az/5/272230-sahil-babayev-ancaq-naraziliq-yaradir.html
Təəssüflər olsun ki, aidiyyatı qurum və yaxud da qurumlar bu barədə yenə də susurlar. Biz isə DİA.AZ olaraq ƏƏSMN sistemindən şikayətçi düşən vətəndaşların narazılıqlarını işıqlandırmağa davam edirik...
***
Saatlı rayon, Qıraqlı kəndində yaşayan Telman Ağaməmməd oğlu Babayev rayonda şadlıq saraylarından birində musiqiçi kimi işləyib. Məlum Pandemiya səbəbi ilə əlaqədar şadlıq sarayları fəaliyyətini müvəqqəti olaraq dayandırdığı üçün Telman Babayev də yeddi aydır ki, işsiz qalıb. O, dəfələrlə Saatlı rayon məşğulluq idarəsinə şikayət etsədə, işsiz qaldığı bu müddətdə heç bir kompensasiya ala bilməyib.
***
Neftçalada şəhər sakini Qənbər Qəndərov rayonun şadlıq saraylarından birində musiqiçi kimi işləyib. Onun ailə üzləri 5 nəfərdən ibarətdir. Məlum Pandemiya səbəbi ilə əlaqədar şadlıq sarayları fəaliyyətini müvəqqəti olaraq dayandırdığı üçün Qənbər Qəndərov yeddi aydır işsiz qalıb. O, dəfələrlə Neftçala rayon məşğulluq idarəsinə məlumat versə də, işsiz qaldığı bu müddətdə heç bir kompensasiya ala bilmədiyindən şikayətlənir.
***
Kürdəmir rayon, Xırdapay kənd sakini Elmira Adil qızı Həsənova 190 manat birdəfəlik ödəmə üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sosial.az saytına onlayn müraciət edib, ancaq ona imtina cavabı gəlib. İmtinanın səbəbi kimi onun “aktiv məşğulluğu” qeyd olunub. Elmira Həsənova bununla bağlı, Kürdəmir rayon Məşğulluq Mərkəzinə müraciət etsə də, ona heç bir köməklik olunmayıb.
***
Ağsu şəhər, M.Əzizbəyov küçəsində yaşayan Elməddin Ağamusa oğlu Nəsibovun ailəsi 5 nəfərdən ibarətdir və o, usta yanında fəhləlik etməklə ailəsini dolandırır. Elməddin Nəsibov dəfələrlə ünvanlı sosial yardım almaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin VEMTAS saytına onlayn müraciət edib. Ancaq ona imtina cavabı gəlib və səbəb kimi onun “rəsmi iş yeri olmadığı” qeyd olunub. O, bununla bağlı Ağsu rayon DSMF-nun ƏƏSM-nə şikayət bildirsə də, ona heç bir köməklik göstərilməyib.
***
Kürdəmir rayon, Sığırlı kənd sakini Ağadadaş Ağamməd oğlu Şəmiyevin ailəsi 4 nəfərdən ibarət aztəminatlı ailədir. O, heç bir yerdə işləmir və işsizliklə bağlı dəfələrlə Kürdəmir rayon Məşğulluq Mərkəzinə müraciət etsə də, ona heç bir köməklik olunmayıb.
Ağadadaş Şəmiyev, həmçinin ünvanlı sosial yardımla əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin VEMTAS saytına onlayn müraciət edib və oradan da imtina cavabı alıb. İmtinanın səbəbi kimi isə onun “rəsmi iş yeri olmadığı və öhdəliyində pay torpağı olduğu” qeyd olunub. Onun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 Çağırı Mərkəzinə müraciəti isə cavabsız qalıb.
***
Kürdəmir rayon, Sor-Sor kənd sakini Cavid Nəriman oğlu Hüseynov aztəminatlı ailə olduğu üçün ünvanlı sosial yardımla əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin VEMTAS saytına onalyn müraciət edib. Ancaq ona imtina cavabı gəlib və səbəb kimi “öhdəliyində pay torpağı olduğu” qeyd olunub. Cavid Hüseynov imtina cavabı ilə bağlı Kürdəmir rayon DSMF-nun ƏƏSM-nə şikayət bildirsə də, ona heç bir köməklik göstərilməyib.
***
Saatlı şəhər, Zərdabi küçəsi ev 47-da yaşayan Gülağa Seyidağa oğlu Sultanov rayonda şadlıq saraylarından birində VİDEO operator kimi işləyib. Gülağa Sultanovun ailə üzvləri 5 nəfərdən ibarətdir. Məlum Pandemiya səbəbi ilə əlaqədar, şadlıq sarayları fəaliyyətini müvəqqəti olaraq dayandırdığı üçün Gülağa Sultanov da yeddi aydır ki, işsiz qalıb. O, dəfələrlə Saatlı rayon məşğulluq idarəsinə məlumat versə də, işsiz qaldığı bu müddətdə heç bir kompensasiya ala bilmədiyindən şikayətlənir.
***
Dia.az olaraq bütün iddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...