13:47 - "Vüqar Səfərli danışsa, mətbuatda olan bu şəxslərin başı ağrıyacaq" - ŞOK AÇIQLAMA
13:12 - Xızıda şəhidin plakatı söküldü, başçı isə… - NARAZILIQ!
12:59 - Ermənilər Xankəndini tərk edir - FOTOLAR
12:33 - Hərbi geyimi qanunsuz daşıyanlara qarşı tədbirlər görülür - FOTO/VİDEO
12:24 - “Rayondan gələnlər xəbər verdi ki, Bakıda obyektinizi söküb park salıblar” - GİLEY
12:09 - "Netflix"in ilk Azərbaycan filmi - VİDEO
11:56 - DSX Xüsusi Məktəbinə şagird qəbulu elan etdi
11:17 - İndoneziyada zəlzələ: ölən və yaralananlar var
11:07 - Qarabağdakı rus sülməramlıların vaksinasiyasına başlanıldı
10:15 - İlham Əliyev Şuşaya getdi – Video
22:18 - Vüqar Səfərlini 14 ilədək həbs cəzası gözləyir
21:23 - Baş nazir Vətən müharibəsi ilə bağlı sərəncam imzalayıb
20:07 - 71 yaşlı Şəki sakini pensiyasının artırılmasına nail ola bilmir - GİLEY
19:52 - Yerevanda əsgər valideynləri Paşinyanla görüş tələb edir
ATU rektoru yenə ara qarışdırır - Zamdekan üsyan edir
Azərbaycan Texnologiya Universitetinin rektoru Akif Süleymanovun yarıtmaz idarəçiliyi daha bir ziyalı "üsyanı"na şərait yaradıb.
"Demokratik.az" bildirir ki, universitetin "Qida mühəndisliyi" fakültəsinin tədris işləri üzrə dekan müavini Hafiz Əsgərov da rektorun idarəçiliyinə üsyan edərək istefa ərizəsi yazıb. Eləcə də, təhsil nazirliyinə müraciət edib.
Dekan müavini açıq və rəsmi müraciətində aşağıdakıları qeyd edib:
"Çox dəyərli vətəndaşlarım!
Tələbələrim!
İş yoldaşlarım!
Dostlarım!
Dünən cənab Təhsil nazirinə olan müraciətimdən sonra mənə çox saylı zənglər olunur, tələbələrə və diğər universitet əməkdaşlarına yalan,həqiqəti əks etdirməyən məlumatlar verilir. Bəzəndə, müəyyən mənada hədə qorxular əks olunur.
Məcbur olaraq, Sizə tutduğum vəzifəmdən azad olmam üçün rektorumuza ünvanladığım ərizəmi təqdim edirəm. Bildirirəm ki,cənab rektor isə bu ərizəni əsas tutmayıb və mənim vəzifəmdən azad olmam üçün 15.09.2020-ci il tarixdə pandemiya dövründə vəzifəmə xitam verib)). Buna diqqət çəkin. Digər məsələlər var ki,artıq onu hüquq-mühavizə orqanları araşdırır.
Eşq olsun Azərbaycan Dövlətinə!
Eşq olsun cənab İLHAM ƏLİYEVƏ!
Yaşasın Azərbaycan Xalqı!
Qarabağ Azərbaycandır!
Texnologiya Azərbaycandır!"
Xatırladaq ki, narazı zamdekan təhsil nazirliyinə müraciətində fakültə dekanı barədə də tənqidlər səsləndirib...
Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq...
Demokratik.az