13:47 - "Vüqar Səfərli danışsa, mətbuatda olan bu şəxslərin başı ağrıyacaq" - ŞOK AÇIQLAMA
13:12 - Xızıda şəhidin plakatı söküldü, başçı isə… - NARAZILIQ!
12:59 - Ermənilər Xankəndini tərk edir - FOTOLAR
12:33 - Hərbi geyimi qanunsuz daşıyanlara qarşı tədbirlər görülür - FOTO/VİDEO
12:24 - “Rayondan gələnlər xəbər verdi ki, Bakıda obyektinizi söküb park salıblar” - GİLEY
12:09 - "Netflix"in ilk Azərbaycan filmi - VİDEO
11:56 - DSX Xüsusi Məktəbinə şagird qəbulu elan etdi
11:17 - İndoneziyada zəlzələ: ölən və yaralananlar var
11:07 - Qarabağdakı rus sülməramlıların vaksinasiyasına başlanıldı
10:15 - İlham Əliyev Şuşaya getdi – Video
22:18 - Vüqar Səfərlini 14 ilədək həbs cəzası gözləyir
21:23 - Baş nazir Vətən müharibəsi ilə bağlı sərəncam imzalayıb
20:07 - 71 yaşlı Şəki sakini pensiyasının artırılmasına nail ola bilmir - GİLEY
19:52 - Yerevanda əsgər valideynləri Paşinyanla görüş tələb edir
Sabiq nazir müflis ola bilər... - Avropadakı biznesi çökür
Bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli Facebook hesabında məlumat paylaşıb.
Həmin məlumatı GundemXeber.Az-ın oxucularına olduğu kimi təqdim edirik: "Keçmiş ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun Azərbaycanda üzləşdiyi problemlər (məhkəmə prosesi, böyük ehtimalla maliyyə nəzarəti) onun ailə üzvlərinin Londondakı biznesini iflic edib. Səbəblər sırasına sabiq nazirin Avropadakı otelçilik biznesini məngənəyə salan pandemiya da daxildir. İngiltərədə keçmiş nazirə məxsus, qızı Sevinc Bağırovanın adına rəsmiləşdirilmiş NORDFIELDS MANAGEMENT LIMITED şirkətinin adı maliyyə çətinlikləri və vergi borcları ucbatından artıq Britaniya Şirkətlər Evinin "qara siyahısı"na salınıb.
Oktyabrın 20-də rəsmi "First Gazette"də yer alan bildiridə şirkətin iki ay ərzində qeydiyyatının ləğv ediləcəyi və ona aid bütün əmlak və vəsaitin Krallığın xeyrinə müsadirə olunacağı barədə xəbərdarlıq olunub. Xəbərdarlıq sahibsiz mülkiyyət hüququnu tənzimləyən "bona vacantia"dan gedir.
Bu ayın 7-də isə Sevinc Bağırovanın müraciəti nəzərə alınaraq şirkətin ləğvi prosesi müvəqqəti olaraq dayandırılıb.
Vergi ödəmələrindəki problemlər ucbatından Bağırovlar ailəsi Qlazqodakı oteli idarə edən NORDFIELDS PROPERTIES LIMITED şirkəti ilə bağlı illik hesabatı iki aya yaxın müddətdə gecikdiriblər. Ailəyə məxsus bir neçə şirkət noyabrın ilk günlərində əvvəlki dəbdəbəli ünvanlarını (Hatton Garden 63-66 və Borough High street 85-87) tərk edərək Princes street 4-də cəmləşib.
Hüseynqulu Bağırovun Avropadakı biznesini xilas etmək üçün hələ yay aylarında Azərbaycandakı geniş torpaq sahələrini və meyvə bağlarını satışa çıxardığı məlum idi. Lakin güman olunur ki, onun ölkədən qanunsuz vəsait çıxarmasına imkan verilməyib."