Nazirlik Yaşar Nurinin ailəsi ilə maraqlanmır: “Bir dəfə zəng etməyiblər“
11-03-2021, 13:31
422

Nazirlik Yaşar Nurinin ailəsi ilə maraqlanmır: “Bir dəfə zəng etməyiblər“

Mədəniyyət naziri Anar Kərimov Yaşar Nurinin həyat yoldaşı Rəhimə Nuriyevanın şikayətinə reaksiya verib.
A.Kərimov “Report”a açıqlamasında məsələ ilə bağlı maraqlanacağını bildirib.
"Bu məsələni yoxlayarıq", - nazir deyib.
Qeyd edək ki, R.Nuriyeva aktyorun dünyasını dəyişəndən sonra Mədəniyyət Nazirliyindən zəng olunmadığını bildirib:
“2012-ci ildən bu günə kimi mənim evimə zəng gəlməyib. Nə bayram günü, nə ölən günü... Məndə sual yaranır ki, 40 il həyatını mədəniyyətə qoyan insanın ailəsi ilə Mədəniyyət Nazirliyi niyə maraqlanmır. İş təkcə qərar qəbul etməkdən ibarət deyil axı. Mənəvi dəstək tamamilə başqa şeydir".

Oxşar xəbərlər