“Bu şəhərdə”də bu dəfə Mirşahini parodiya edildi - FOTO
18-08-2020, 20:58
393

“Bu şəhərdə”də bu dəfə Mirşahini parodiya edildi - FOTO

"Bu şəhərdə" teatrının növbəti parodiyası Real TV-nin rəhbəri, tanınmış telejurnalist Mirşahin Ağayevlə bağlıdır.
Bakıtv.az xəbər verir ki, "Bu şəhərdə"nin prodüseri Müşfiq Abbasov sosial şəbəkədə bildirib ki, teatrın aktyoru Coşqun Rəhimov bu dəfə məşhur jurnalisti parodiya edib.
“Coşqun hansı teleaparıcını, jurnalisti parodiya edib?” deyə sosial şəbəkə izləyicilərinə sualla müraciət edən prodüserə əksəriyyət “Mirşahin” cavabını verib.

Parodiyanın videosunun yaxın vaxtlarda "Bu şəhərdə"nin Youtube sosial şəbəkəsindəki səhifəsində yerləşdiriləcəyi gözlənilir.
Xatırladaq ki, "Bu şəhərdə"nin bundan əvvəlki parodiyası TƏBİB-in sədri Ramin Bayramlıya həsr olunmuşdu.

 

Oxşar xəbərlər