SON DƏQİQƏ

www.bakitv.az

Azərbaycanlı şairin şeiri Amerikanın məşhur saytında yayımlanıb

Azərbaycanlı şairin şeiri Amerikanın məşhur saytında yayımlanıb
27-08-2020, 11:55 17 dəfə baxılıb

Azərbaycanlı şair-publisist Ümid Nəccarinin “Bir çətirlik Vətən” şeiri Amerikanın məşhur “Spillwords” ədəbiyyat və incəsənət saytının manşetində dərc edilib.
Şairin bir çox şeirləri bundan öncə də xarici mətbuatda işıq üzü görüb.
Ümid Nəccari 3 kitab müəllifidir və indiyə qədər bir sıra ölkələrdə şeirləri çap olunub: “İtaliya, İspaniya, Rusiya, Gürcüstan, Özbəkistan, İraqİran, Türkiyə, Çili, Çexiya, Qazaxıstan və bir çox ölkələrin mətbu orqanlarında şeirlərim və yazılarım tərcümə olunaraq işıqlandırılıb. Əldə etdiyim məlumata görə, oxucular tərəfindən maraqla qarşılanıb. Yaradıcılığıma verilən qiymətə görə oxucularıma təşəkkür edirəm”.
Onun sözlərinə görə, yaxın zamanlarda şeirlərindən ibarət daha bir kitabını da oxuculara təqdim edəcək.
Sözügedən şeiri təqdim edirik:
Məni yuxunda gördün
Ayaqlarımı unutduğum gün.
Əllərimin sahibsizliyini bildiyim saatdan,
Mən payızın buruq buruq küçələrindən sənə danışıram.
Məni yuxunda gördün
Küləklər şəhərində kül olduğum gecələr.
Qurbəti gözlərimə yüklədiyim an,
Mən quru yarpaqlar radiosundan sənə danışıram,
Dinlə !
Sənsizliyə bir stansiya qalmışam mən,
Sənsizlik acı dərmandır toxdatmır dərdlərimi…
Məni yuxunda gördün
Bir qullab udduğum bulud da sənsizlikdir…
Güzgüdə görünən hər nə varsa
hisslərimin saçları ağarır yoxluğunda…
Hisslərimin ağıl dişi ağrıyır, uzaqlaşdıqca sən.
Sənsiz divar dibində qalan dilənçi qədərdir darıxmalarım,
Sənsiz darıxmadır hər addım.
Qürbətimə ağlayınca
mənə bir çətirlik vətən saxla yağmurda…

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ