SON DƏQİQƏ

www.bakitv.az

Sabah teatr tariximizdə ilk olacaq - FOTOLAR

Sabah teatr tariximizdə ilk olacaq - FOTOLAR
17-09-2020, 16:31 23 dəfə baxılıb

Sentyabrın 18-də Şamaxıda yerləşən XIV əsrə aid Kələxana türbələrində Mingəçevir Dövlət Dram Teatrının səhnələşdirdiyi “Sara” adlı yeni tamaşanın premyerası baş tutacaq.
Bakıtv.az Qafqazinfo-ya istinadən xəbər verir ki, açıq havada təşkil olunan tamaşa “Apardı sellər Saranı” xalq dastanının motivləri əsasında  hazırlanıb. Tamaşada Xalq artisti Ella Yaqubova, Əməkdar artist Şıxı Yaqubov, “Tərəqqi” medalı ilə mükafatlandırılan Aydın Quliyev və başqaları yer alıb.
Tamaşa Azərbaycanda ilk dəfə olaraq canlı dekorasiyadan istifadə edilərək nümayiş olunacaq.
Tamaşa hazırlanan zaman Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi karantin rejimiylə bağlı bütün şərtləri və tələbləri nəzərə alınıb, qaydalara əməl olunub.
Qeyd edək ki, layihə rəhbəri Səxavət Məmmədov, tamaşanı səhnələşdirən Bəhram Osmanov, quruluşçu rejissor Cavid Təvəkküldür.





ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ