SON DƏQİQƏ

www.bakitv.az

Tolik əsgərə avtomobil alıb - Video

Tolik əsgərə avtomobil alıb - Video
13-11-2020, 14:25 7 dəfə baxılıb

Tanınmış prodüser Tarix Əliyev (Tolik) əsgərə avtomobil alıb.
Ötən gün sosial şəbəkələrdə əsgərimizin avtomobil istədiyi video paylaşıldıqdan sonra Tolik onun istəyini yerinə yetirib.
Tarix bir maşın istəyərək, taksi sürücüsü işləyib, ailəsini dolandırmaq istədiyini deyən həbçimizin arzusunu yerinə yetirəcəyini deyib:
“Azərbaycanın mərd oğlu, adını bilmirəm, amma bilirəm ki, Prezidentimiz cənab İlham Əliyev sizin əziyyətinizi, şücayətinizi qiymətləndirəcək.
Amma başımdan böyük danışmayım. Maşın söhbəti alınmasa, sənə söz verirəm ki, bahalı da olmasa, bir maşın mən sənə hədiyyə edəcəyəm. Buna əmin ol. Bunu nəyəsə xatir demirəm. Sənin bunu ürəkdən istədiyinə görə yazdım”.
O, əsgərin pasportunu yolladıqdan sonra maşını alacağını bildirib:
 “Sağ olsun dostumuz mənə əlaqə nömrəsi verdi. Səhər əsgərimizlə danışacam. Özü gəlməmiş pasportunu  yollasın dedim, gələnə qədər maşın qarajda gözləsin”.
Həmin görüntüləri təqdim edirik:
 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ