SON DƏQİQƏ

www.bakitv.az

“Brent” markalı neftin qiyməti 42 dolları keçib - SON DURUM

“Brent” markalı neftin qiyməti 42 dolları keçib - SON DURUM
25-09-2020, 13:12 21 dəfə baxılıb

Neft qiymətləri tələbatın bərpa olunmasının davam edəcəyi ümidi ilə yüksəlir.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu cümə günü səhər saatlarında baş tutan sövdələşmələr göstərir.

Bakı vaxtı ilə saat 08:49-a olan məlumata görə, Şimal dənizindən hasil olunan “Brent” markalı neft qarışığının noyabr fyuçerslərinin qiyməti 0,55% artaraq bir barel üçün 42,17 ABŞ dollarına, WTI markalı neftin noyabr fyuçersləri isə 0,6% artaraq bir barel üçün 40,55 ABŞ dollarına çatıb.

Qeyd edək ki, tələbatın bərpa olunacağına ümid investorların koronavirusa yoluxma hallarının artmasına baxmayaraq, ölkələrin sərt karantin tədbirlərindən imtina edəcəyini və ikinci dalğanın tələbə birincisi qədər zərər verməyəcəyini gözləmələri ilə əlaqədardır. Üstəlik, bu həftənin əvvəlində ABŞ Energetika Nazirliyi bir həftə ərzində ölkədə neft ehtiyatlarında azalma olduğunu açıqlayıb.

Amma həftənin yekununda “qara qızıl”ın qiymətinin azalacağı gözlənilir, çünki koronavirusla bağlı risklər davam edir, Liviyada istehsalın bərpası isə təklifin artmasına səbəb ola bilər. KİV-in bildirdiyinə görə, İraqın Neft naziri İhsan Abd Əl Cabbar ölkəsinin OPEC+ ilə neft ixracatını artırmaq üzrə razılaşma əldə edəcəyinə ümid etdiyni söyləyib. Bir həftə əvvəl isə o, İraqın OPEC+ sazişi çərçivəsində 2020-ci ilin sonuna qədər izafi hasil edilən neft həcmini kompensasiya edəcəklərinə dair plan hazırladığını söyləmişdi. Hər iki göstərici aylıq azalma yolundadır və bu, aprel ayından bəri ilk dəfə azalma olacaq.

“Böyük ölçüdə təklif baxımından heç bir dəyişiklik olmayıb və bu da neftin qiymətlərinə təsir edib”, - OANDA-nın baş bazar analitiki Ceffri Halli deyib.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ