13:47 - "Vüqar Səfərli danışsa, mətbuatda olan bu şəxslərin başı ağrıyacaq" - ŞOK AÇIQLAMA
13:12 - Xızıda şəhidin plakatı söküldü, başçı isə… - NARAZILIQ!
12:59 - Ermənilər Xankəndini tərk edir - FOTOLAR
12:33 - Hərbi geyimi qanunsuz daşıyanlara qarşı tədbirlər görülür - FOTO/VİDEO
12:24 - “Rayondan gələnlər xəbər verdi ki, Bakıda obyektinizi söküb park salıblar” - GİLEY
12:09 - "Netflix"in ilk Azərbaycan filmi - VİDEO
11:56 - DSX Xüsusi Məktəbinə şagird qəbulu elan etdi
11:17 - İndoneziyada zəlzələ: ölən və yaralananlar var
11:07 - Qarabağdakı rus sülməramlıların vaksinasiyasına başlanıldı
10:15 - İlham Əliyev Şuşaya getdi – Video
22:18 - Vüqar Səfərlini 14 ilədək həbs cəzası gözləyir
21:23 - Baş nazir Vətən müharibəsi ilə bağlı sərəncam imzalayıb
20:07 - 71 yaşlı Şəki sakini pensiyasının artırılmasına nail ola bilmir - GİLEY
19:52 - Yerevanda əsgər valideynləri Paşinyanla görüş tələb edir
Ermənistanın Azərbaycana vurduğu ziyan bu qaydada hesablanacaq
"Ermənistanın işğal altındakı ərazilərimizə vurduğu ziyan sadəcə onun varvarcasına etdiyi dağıntılar ilə məhdudlaşmayacaq".
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.
Deputat bildirib ki, ermənilər indi də Laçın rayonunda evləri, inzibati tikililəri yandırır, meşələri məhv edirlər: "Əslində, onlar öz evlərini deyil, 28 il öncə işğal nəticəsində mənimsədikləri və istifadə etdikləri bizim evlərimizi yandırırlar. O evlərdə 1993-cü ilədək azərbaycanlılar yaşayırdı. İşğaldan sonra orada qeyri-leqal məskunlaşan ermənilər indi də Laçın rayonunu ciddi ziyan vurmaqla tərk edirlər.
Görünür, Ermənistan hakimiyyəti bu hərbi cinayətlərin dairəsini hələlik tam təsəvvür edə bilmir və ya etmək istəmir. Amma bütün əvvəlki oxşar hərbi cinayətlərin araşdırılması göstərir ki, söhbət böyük məbləğdə təzminat tələbindən gedir. Artıq dünyanın aparıcı media qurumları da işğaldan azad olunmuş, Ermənistan tərəfindən barbarcasına dağıdılan şəhərlərimizi Xirosima ilə müqayisə edirlər. Bu məhz hərbi cinayətin miqyasını göstərən müqayisələrdəndir”.
İqtisadçı deputat belə hərbi cinayətlərə görə təzminatın hesablanmasının necə həyata keçiriləcəyinə də aydınlıq gətirib: "Dünya Bankının metodologiyasına görə, 4 mühüm istiqamət üzrə ziyanın hesablanması həyata keçirilir: əmlak və infrastruktura dəyən ziyan, insanların həyatının itirməsi və məcburi köçkün həyata yaşaması nəticəsində dəyən ziyan, iqtisadi nəticələrdən yaranan ziyan və insan inkişafına vurulan ziyan.
Yaxın Şərqdəki münaqişələr zamanı dəyən ziyan qiymətləndirilərkən bəlli olub ki, Ümumi Daxili Məhsula (ÜDM) kumulativ ziyan infrastruktura və əmlaka vurulan ziyandan dəfələrlə çoxdur. Eyni zamanda, həmin ərazilərdə iqtisadi aktivliyin dayanmasının ciddi ziyan olduğu hesablanır. Məsələn, Suriya münaqişəsi zamanı iqtisadi ziyan 226 milyard dollar hesablanıb və bu da həmin ölkənin müharibədən əvvəlki illik ÜDM-dən 4 dəfə çoxdur.
Bu baxımdan, Ermənistanın işğal altındakı ərazilərimizə vurduğu ziyan sadəcə onun barbarcasına etdiyi dağıntılar ilə məhdudlaşmayacaq. Həmin ərazilərimizin böyük iqtisadi potensialını nəzərə aldıqda Ümumi Daxili Məhsula dəyən ziyanın da ayrıca hesablanması və təzminat məbləğinə daxil edilməsinə ehtiyac var. Artıq bununla bağlı Dünya Bankı, BMT kimi beynəlxalq institutların aydın metodologiyası var. Ziyanın qiymətləndirilməsi prosesinə beynəlxalq ekspertlərin də cəlb edilməsi daha dəqiq məbləğin hesablanmasına imkan yaradacaq.
Beləliklə, regionda proseslər yeni mərhələyə qədəm qoyur. İnanırıq ki, bu mərhələ həmçinin işğalçı Ermənistanın hərbi cinayətlərə görə cavab verməsi mərhələsi olacaq".