Əli Həsənov və Abutalıbov işdən çıxarıldı - Sərəncam
21-10-2019, 18:00
832

Əli Həsənov və Abutalıbov işdən çıxarıldı - Sərəncam

Azərbaycan Respublikası Prezidenti Əli Həsənovun Azərbaycan Respublikası Baş Nazirinin müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Bakitv.az sərəncamın mətnini təqdim edir:
1. Əli Şamil oğlu Həsənov Azərbaycan Respublikası Baş Nazirinin müavini vəzifəsindən azad edilsin.
2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Hacıbala Abutalıbovun Azərbaycan Respublikası Baş Nazirinin müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
1. Hacıbala İbrahim oğlu Abutalıbov Azərbaycan Respublikası Baş Nazirinin müavini vəzifəsindən azad edilsin.
2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Oxşar xəbərlər