STUDY IN TURKEY şəhid övladlarını xaricdə pulsuz oxutdurur
1-04-2021, 12:58
194

STUDY IN TURKEY şəhid övladlarını xaricdə pulsuz oxutdurur

"Bir müddət öncə Azərbaycan xalqı və dövləti özünün ən şanlı tarixini yazdı. Əlbəttə ki, bu tarix itkisiz, şəhid və qazilərimiz olmadan yazıla bilməzdi. Bu zəfər bayramından sonra biz də şirkət olaraq, dəstəyimizi göstərməyi özümüzə borc bildik. Sırf buna görə də şəhid övladlarına Türkiyənin dövlət universitetlərində qəbul prosesini tamamilə pulsuz şəkildə etmək qərarına gəldik. Hətta yüksək nəticəsi olan şəhid övladlarının təhsil haqlarını şirkət öz hesabına qarşılayacaq".
Bu barədə Türkiyədə təhsil şirkəti olan STUDY IN TURKEY məlumat yayıb.
Məlumatda bildirilir ki, qazilərimiz distant təhsil üçün şirkətə müraciət etsələr, onlardan da heç bir xidmət haqqı alınmayacaq: "Bizim üçün bu, korporativ sosial məsuliyyətdən daha çox mənəvi borc, vicdan və şərəf məsələsi sayılır. Ona görə də rica edirik ki, bu məlumatın yayılması üçün bizimlə birgə olasınız".
"Study In Turkey Azerbaijan" şirkətinin Bakı ofisinin diektoru, təhsil məsələləri üzrə ekspert Fuad Hacıyevin sözlərinə görə, bəzən valideynlər haqlı olaraq övladlarını əcnəbi ölkəyə göndərməyə çəkinir: "Onlar düşünür ki, dilini, mədəniyyətini bilmədikləri ölkədə övladları ciddi problemlərlə qarşılaşa bilər. Ancaq çox uzaq olmayan bir ölkədə, dilinə, dininə, mədəniyyətinə bələd olduğumuz Türkiyədə də azərbaycanlı tələbələr üçün təhsil əlçatandır".
Fuad Hacıyev bildirib ki, Türkiyədə bir çox sahədə mükəmməl təhsil almaq mümkündür:
“Biz ölkədə daşıdığı ada tam uyğun fəaliyyət göstərən Türkiyədə tək təhsil şirkətiyik. Hazırda Türkiyədə yerləşən bir çox universitet artıq tələbə qəbulu elan edib və indi müraciət üçün ən əlverişli vaxtdır. Türkiyədə mühəndislik, bzinesin idarəedilməsi, turizm sahəsində yaxşı təhsil almaq mümkündür. Həmçinin, biz qəbul olmaq şansı bir çoxlarına az görünən tibb fakültəsinə də qəbul olmaq imkanı yaradırıq. Şəhid övladları üçün isə heç bir xidmət haqqı almadan Türkiyədə istənilən yüksəkixtisaslı ali təhsil müəssisəsində təhsil imkanı yaradırıq".
Bundan başka Fuad Hacıyev qeyd edib ki, Ankara şəhərində yerləşən OSTİM Teknik Universitetinin Azərbaycan ofisi tezliklə açılacaq: "Azərbaycanlı tələbələr universitetdə təhsil aldıqdan sonra OSTİM sənayesində işləmək şansı qazanacaqlar. Bu universitet çox peşakar mühəndislər yetişdirib, onları ölkəmizə qazandıracaq. OSTİM Teknik Universiteti Azərbaycanlı tələbələrə xüsusi təqaüd imkanları yaratmaqda davam edir. O cümlədən, yüksək imtahan nəticəsi olan şəhid və qazi övladlarına tam təqaüdlü təhsil şansi verəcək".
Ətraflı məlumat üçün şirkətin saytını izləyə və suallarınızı ünvanlaya bilərsiniz.
www.studyinturkey.az

Oxşar xəbərlər