Elçin Babayevlə yayılan məlumatlar həqiqəti əks etdirmir:BDU-dan AÇIQLAMA
23-08-2020, 16:00
254

Elçin Babayevlə yayılan məlumatlar həqiqəti əks etdirmir:BDU-dan AÇIQLAMA

Ölkənin bəzi informasiya saytlarında məlum toy məclisində guya Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevin də iştirak etdiyi haqqında informasiyalar yer alıb. BDU-dan Gündəlik Bakı-ya bildirdilər ki, bu informasiyalar yanlışdır və həqiqəti əks etdirmir.
Əlavə olaraq bildirirk ki, COVID-19 pandemiyası ilə mübarizə məqsədilə ölkədə tətbiq olunan xüsusi karantin rejiminin tələblərinə  Bakı Dövlət Universitetində ciddi riayət olunur. Xüsusi karantin rejiminin tətbiq olunduğu ilk gündən hal-hazıra qədər BDU-nun rəhbərliyi keçirilməsi qadağan olunmuş heç bir kütləvi tədbirdə, məclis və toplantıda iştirak etməmişdir.
Hesab edirik ki, bu tip kütləvi tədbirlərin keçirilməsi yolverilməzdir və ölkədə epidemiloji şəraitə kəskin təsir göstərə bilər. Xüsusi karantin rejiminin tələblərinə riayət olunması hər bir vətəndaşın borcudur və hər kəsi bu qaydalara ciddi əməl etməyə çağırırıq.

Oxşar xəbərlər