SON DƏQİQƏ

www.bakitv.az

Məktəbəhazırlıq qruplarına son qeydiyyat tarixi açıqlandı

Məktəbəhazırlıq qruplarına son qeydiyyat tarixi açıqlandı
14-09-2020, 19:14 15 dəfə baxılıb

Dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına elektron qeydiyyatı prosesi 24 sentyabr tarixinədək davam edəcək.

Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, valideynlər (digər qanuni nümayəndələr) mektebeqebul.edu.az portalı vasitəsilə qeydiyyatdan keçərək övladının məktəbəhazırlıq qrupuna cəlb olunması üçün seçdikləri uyğun məktəbə sorğu yerləşdirə bilərlər. 

Qeyd edək ki, qeydiyyat prosesinə avqustun 18-dən start verilib. 2020-2021-ci dərs ilində məktəbəhazırlıq qruplarına 2015-ci ildə anadan olan uşaqlar cəlb olunacaqlar.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ