Nazir bu məktəbdə baş verənlərdən xəbərdar olmalıdır...
15-09-2020, 12:55
210

Nazir bu məktəbdə baş verənlərdən xəbərdar olmalıdır...

Teatrşünas Anar Bürcəliyev Təhsizl Nazirliyinə sosial şəbəkədən şikayət ünvanlayıb. Şikayətdə Gəncə şəhər, Səməd Vurğun adına 41 saylı tam orta məktəbində baş alıb gedən qanunsuzluqlardan və ədalətsizliklərdən bəhs edilir. Şikayəti təqdim edirik:
“Əziz dostlar və media nümayəndələri !!!
Gəncə şəhər, Səməd Vurğun adına 41 saylı tam orta məktəbində kimlər “at oynadır”.
Demək qeyd edəcəyim bu problemlə ötən ilin eynən sentyabr ayında da üzləşmişdim və bu ildə də eyni problemi yaşamaqdayam. Hər il bu məktəbdə dərs bölgüsü gəldikdə böyük problemlər yaşamaqdayıq. Həyat yoldaşım 2000-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Texnologiya" Ali Peşə İstiqaməti üzrə Bakalavr dərəcəsini bitirərək təyinatla adı çəkilən məktəbə göndərilib. Bu məktəbə digər başqa bir müəllimə də Şəki Pedaqoji məktəbinin Əmək və rəsmxət müəllimi ixtisası üzrə bitirərək fəaliyyət göstərir.

Diaqnostik qiymətləndirməyə görə digər hələ ki, adını çəkmədiyim müəllimə 4 bal artıq toplayıb. İndi bu 4 bal toplama Ali Təhsil alan müəllimi heç edib. Dörd il təhsil alan müəllimə bir ixtisas üzrə ixtisaslı kadr olaraq təhsil aldığı halda, hansısa orta natamam təhsilli pedaqoji məktəb bitirən müəllimə iki ixtisası necə diplomuna yazdırıb və ya bu iki ixtisasa necə yiyələnməsinin özü belə müammalıdır.
Belə bir vəziyyətdə Ali təhsilli müəlliməyə 14 saat dərs yükünü verirlər, orta natamam bir pedaqoji məktəbi bitirən müəlliməyə isə 17 saat dərs yükü ilə təmin edirlər. Burada hüquqi ardıcıllıq məktəb rəhbərliyi tərəfindən kobud surətdə pozulur.
Diaqnostik qiymətləndirmə fərqi elə də böyük deyil ki, dərs saatlarının bölünməsində bu kimi amilləri əsas götürürsünüz. Əgər hər iki müəllimə Ali təhsil almış olsaydı, bəlkə də tutduğunuz əməlinizə haqq qazandırmaq olardı. Bu gün orta natamam ali təhsilli müəlliməni Ali Bakalavr dərəcəsində olan müəllimə ilə eyniləşdirmək nə dərəcədə ədalətlidir?
Bir də bu məktəbdə xüsusi bir ənənə də var. Dərs bölgüsü zamanı dərslərin necə bölünməsi müəllimlərdən gizlədilir. Məlum olduqda isə məktəbin Tədris işləri üzrə direktor müavini Həsənova Elmira Baba qızı vasitəsilə müəllimlər üz-üzə qoyularaq, dava-dalaşa bilərəkdən cəlb olunurlar. Məktəb direktoru Vüsalə Məhərrəmova isə sadəcə olaraq prosesə müdaxilə etmədən izləməklə məşğuldur. Budurmu Sizin obyektiv rəhbər nəzarətiniz?

Gəncə şəhər 41 saylı orta məktəb bir natamam orta ixtisas təhsilli müəllimənin və Tədris işləri üzrə direktor müavinin əlində oyuncağa çevrilib. Hələ məktəbin Tədris İşləri üzrə direktor müavini kimi çalışan Həsənova Elmira Baba qızının 2-ci qrup əlilliyi olduğu halda rəhbər vəzifəli şəxs qismində bu təhsil ocağında necə fəaliyyət göstərməsi də maraqlı faktlardan biri olaraq qalır.
Güman edirəm ki, Respublika Təhsil Naziri hörmətli Emin Əmrullayev və Gəncə şəhər Təhsil İdarəsinin rəisi Anar Qədiməliyev problemin aradan qaldırılmasında yardımçı olacaqlar”.

Oxşar xəbərlər