Təhsil nazirinin bu sözü rüşvətə yaşıl işıq yandırmaqdır - Ekspert
7-12-2020, 11:33
222

Təhsil nazirinin bu sözü rüşvətə yaşıl işıq yandırmaqdır - Ekspert

"Nazirin pul yığımına "beynəlxalq don” geyindirməsi yolverilməzdir və rüşvətə dolayısıyla yaşıl işıq yandırmaqdır”.

Bunu iqtisadçı ekspert Samir Əliyev Təhsil naziri Emin Əmrullayevin "valideynlərin məktəbə kömək etmə hüququ və səlahiyyəti var” fikirinə münasibətində deyib. Onun sözlərinə görə, nəzarət mexanizmləri, şəffaflıq, hesabatlılıq olmayan bir sistemdə istənilən maliyyə axını təyinatından kənarlaşmaya gətirib çıxarır:
 

"İnternetdə xəbərləri oxuyarkən təhsil naziri Emin Əmrullayevin razılaşmadığım daha bir açqlaması diqqətimi cəlb etdi. Söhbət valideynlərdən pul yığılmasından gedir. Nazir qeyd edir ki, valideyn məktəbə pul ödəməyə məcbur edilməməlidir, ancaq onların məktəbə kömək etmə hüququ və səlahiyyəti var. Nazirə görə, pul yığılmaması həmişə o qədər də xoşagəlməz hal kimi qiymətləndirilməməlidir.(?) Dünən nazirin başqa bir açıqlaması ilə bağlı status yazmışdım. Təəssüf ki, bu gün də yazmaq məcburiyyətində qaldım. Hiss olunur ki, nazirin bizim təhsil sisteminin real vəziyyəti barədə məlumatı məhduddur. Sanki ABŞ və Avropa ölkələrinin təhsil naziri kimi fikir bildirir. Nazirin vizyonunun Qərb təhsil sisteminə yönəlik olması müsbət haldır, ancaq bizim təhsil sistemi hazırda sovet standartından da aşağıdır. Bütün dünyada İCMA TÖHFƏSİ mexanizmi sosial sferanın bütün mərhələlərində tətbiq edilir və bu mexaizm hazırda geniş yayılıb. Bunu o təhsil sistemində edirlər ki, orda valideyndən "süpürgə pulu” yığılmır, repetitor xidmətinə ehtiyac qalmır, bir sinifdə 30-40 nəfər iştirak etmir. Azərbaycan valideyni onsuz da bu "töhfələri” həmişə edib. Ancaq əvəzində keyfiyyətli təhsil görə bilməyib”.

Samir Əliyev qeyd edib ki, dövlət büdcəsindən təhsilə hər il milyardlarla həcmdə pul ayrılır:

"Məsələn, 2020-ci ildə 3 milyard manatdan çox vəsait ayrılması nəzərdə tutulub ki, bunun da 1,7 milyard manatı nazirin valideynlərdə pul yığmaq istədiyi ümumi təhsil sistteminin payına düşür. Bundan əlavə investisiya xərcləri xətti ilə milyonlarla vəsait məktəb tikintisinə və ya təmirinə ayrılır. Bu vəsaitlər vasitəsilə məkəblər təmir də olunur, stadionlar da tikilir, süpürgə də alınır. Bu vəsaitlərin kağız üzərində və ya real olaraq ayrılması da başqa müzakirə mövzusudur”.

Oxşar xəbərlər