Bu uşaq "Qarabağ" - "Sevilya" matçından əvvəl etdiyi hərəkəti ilə gündəm oldu
20-09-2019, 19:00
599

Bu uşaq "Qarabağ" - "Sevilya" matçından əvvəl etdiyi hərəkəti ilə gündəm oldu

UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycam təmsilçisi "Qarabağ" İspaniya "Sevilya"sını qəbul edib.
Milli.Az offsideplus.az-a istinadən xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma Ağdam təmsilçisinin 0:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Matç başlamazdan əvvəl "Sevilya" futbolçuları ilə birgə meydana çıxan azyaşlılardan birinin hərəkəti isə sosial şəbəkədə müzakirə obyektinə çevrilib. Avropa Liqasının himni oxunarkən ispan futbolçuların qarşısında dayanan azyaşlılardan biri əli ilə "3" işarəsi göstərib. 
Sosial şəbəkə istifadəçiləri azyaşlının bu hərəkətini qarşılaşmanın hansı hesabla nəticələnəcəyi barədə öz ehtimalı kimi qiymətləndirib. Belə ki, azyaşlı işarə etdiyi kimi qarşılaşma da 0:3 hesabı ilə qonaqların qalibiyyəti ilə yekunlaşıb.

Oxşar xəbərlər