Azərbaycan əsiilli qadını İnterpol xətti ilə axtarır
2-09-2020, 19:14
188

Azərbaycan əsiilli qadını İnterpol xətti ilə axtarır

Rusiya hüquq-mühafizə orqanları Azərbaycanda doğulmuş qadını beynəlxalq axtarışa verib.
Bakıtv.az-ın məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.
Məlumatda qeyd olunub ki, Rusiya vətəndaşı, 1969-cu ildə Azərbaycanın Qusar rayonunda anadan olmuş Ragilya Hacıağayeva terror təşkilatının fəaliyyətində iştirak etməkdə təqsirləndirilir.
Rusiya hüquq-mühafizə orqanları onun barəsində dövlətlərarası axtarış elan edib və saxlanılması üçün İnterpola müraciət olunub.

Oxşar xəbərlər