59 yaşlı Ceff Bezos onunla nişanlanır
23-05-2023, 20:16
9 232

59 yaşlı Ceff Bezos onunla nişanlanır

Amerikalı milyarder, "Amazon"un qurucusu 59 yaşlı Ceff Bezos və onun sevgilisi, jurnalist Lauren Sançez nişanlanmaq qərarına gəliblər.
Bu barədə CNN məlumat yayıb.  
Bildirilir ki, hazırda cütlüyün toyu nə vaxt qeyd edəcəkləri barədə məlumat yoxdur. Bezos və 56 yaşlı Sançes arasındakı münasibət 2019-cu ildə məlum olub.  Hazırda Ceff Bezos sevgilisi ilə 500 milyon dollarlıq superyaxta səyahətinə çıxıb. 
Qeyd edək ki, Bezos əvvəllər Mackenzie Scott ilə evli olub. Llakin cütlük 2019-cu ildə boşanıb. 
"Forbes" jurnalına görə, Bezos dünyanın üçüncü ən zəngin adamıdır.

Oxşar xəbərlər