Azərbaycanda koronavirusa yoluxanların sayı yenə artdı - GÜNÜN STATİSTİKASI
5-01-2021, 16:47
290

Azərbaycanda koronavirusa yoluxanların sayı yenə artdı - GÜNÜN STATİSTİKASI

Azərbaycan Respublikasında son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına 802 yeni yoluxma faktı qeydə alınıb, 2479 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 31 nəfər vəfat edib.
İndiyədək ümumilikdə 221401 nəfər koronavirus infeksiyasına yoluxub.
Onlardan 199213 nəfər müalicə olunaraq sağalıb, 2792 nəfər vəfat edib, aktiv xəstə sayı 19396 nəfərdir.
COVID-19-a yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar aparılan testlərin sayı da açıqlanıb.
Belə ki, ölkədə son sutka ərzində 8435, hazırkı dövrədək isə 2222629 test aparılıb.

Oxşar xəbərlər