Cəmiyyət
7-01-2021, 15:01
188
Eyyub Hüseynov koronavirusa yoluxmağından danışdı: “Karantin qaydalarına uymadım“
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov koronavirusa yoluxub.
Bu barədə o, öz sosial şəbəkə hesabından yazıb. Eyyub Hüseynov həkimlərin fəaliyyətindən narazı olduğunu qeyd edib:
"Əziz dostlar, 3 gündür virus testim müsbət olduğu üçün ölkənin ən məhşur həkimləri ilə mübahisədəyəm, 2 həkimin fikri 10 faiz də yaxın gəlmir, bir-birini söyürlər. Hətta testin nəticələrinə də inanmırdım, nəhayət, ən inandığım, mənə illər boyu bir dəfə də şikayəti daxil olmayan "Sağlam ailə"də etdirdim və təsdiqləndi. Bu klinika əlavə olaraq qan analizini də edir. Virus məsələsində qan analizinin vəziyyəti çox əhəmiyyətlidir. Evdə optimal qərarla müalicə alıram, hələ ki heç bir çətinlik yoxdu, inşallah, qurtarsın tibbimiz barədə sensasion fikirlərim olacaq. Yoluxmağıma karantin vəziyyətinə tam uymayıb icazə alaraq ofisə gedib çoxsaylı adamların istehlakçı problemlərinin həllinə yardımçı olmağım səbəb olub. Hər kəsin halal xoşu olsun, peşman deyiləm! Çünki bu işə heç kim məni məcbur etmir və tam təmənnasız edirəm. Salamat olun".