Xocavənddə “KamAZ” dərəyə aşıb: ölən var
8-01-2021, 13:34
169

Xocavənddə “KamAZ” dərəyə aşıb: ölən var

Xocavənd rayonunda yol qəzası baş verib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Belə ki, yanvarın 7-i saat 11 radələrində Xocavənd rayonunun Böyük Tağlar kəndi ərazisində Ağstafa rayon sakini E.Qarayev idarə etdiyi “KamAZ” markalı avtomobili dərəyə aşırıb və aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Xocavənd Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Oxşar xəbərlər