Cəmiyyət
8-01-2021, 16:00
193
Gələn həftədən "sms icazə" sistemi ləğv edilir? - Operativ Qərargahdan AÇIQLAMA
Dekabrın 14-dən Azərbaycanda sərt karantin rejimi və “sms icazə” sistemi tətbiq edilir. Son günlər koronavirusa yoluxanların sayındakı azalma yanvarın 18-dən sonra “sms icazə” sisteminin ləğv edilmə ehtimalını ortaya çıxarır. Hətta deputatlar və tibb mütəxəssisləri yoluxma sayındakı azalmanın davam edəcəyi təqdirdə yanvarın 18-dən sonra “sms icazə” sisteminin ləğvi ilə bağlı da fikirlər səsləndirirlər. Yanvarın 18-dən sonra Azərbaycanda “sms icazə” sistemi ləğv edilə bilərmi?
Bununla bağlı Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki, hələ ki, belə bir rəsmi qərar yoxdur: “Yanvarın 18-nə 10 gün var. Bununla bağlı qərar qəbul edilərsə, bu barədə Operativ Qərargah tərəfindən məlumat verilcək”.