Azərbaycanda koronavirusdan daha bir həkim öldü - FOTO
9-01-2021, 11:05
194

Azərbaycanda koronavirusdan daha bir həkim öldü - FOTO

Azərbaycanda daha bir həkim COVİD -19 virusundan vəfat edib. 

O, Göyçay rayon Mərkəzi Xəstəxanasının həkimi Elçin Şıxıyevdir. Adıçəkilən həkim bir müddət əvvəl koronavirusa yoluxub, müalicəyə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb. 

Bu barədə xəstəxananın "Facebook" səhifəsində məlumat verilib. 

Elçin Şıxıyev xəstəxanada həkim-otorinolarinqoloq vəzifəsində çalışıb.


Oxşar xəbərlər