Sözügedən söhbət S. Novruzovun “Space” televiziyasının “Sadə həqiqətlər” verilişinin qonağı olan zaman yaşanıb. Həmin verilişdə deputat Heydər Əliyevin Naxçıvandakı hakimiyyəti illərində onun başqa bir siyasətçi ilə dialoqunu xatırladıb:
“Naxçıvan dövrü idi. Mövqesiz adamlardan biri Heydər Əliyevə yaxınlaşdı. Ondan soruşdu ki, hər şeyin ölçüsü var. Məsələn işıq amperlə, su vedrəylə ölçülür. Litrlə də yəni. O biri kiloyla, tonla ölçülür. Bəs bu sədaqətin, vəfalılığın da ölçüsü varmı? Özü sədaqətsiz adam idi. Heydər Əliyev dedi var ki var, o zamandır. Zaman göstərir ki, kim sədaqətlidir, kim sədaqətsiz”.